Cenk Tosun rekord məbləğə "Everton" klubuna transfer oldu

Türk futbolçu Cenk Tosun "Beşiktaş"dan "Everton" klubuna transfer olunub. BAKU.WS-in məlumatına görə, ingilis klubu Cenk Tosun üçün 27 milyon avro transfer məbləği ödəyəcək. "Beşiktaş" klubunun prezidenti Fikret Orman dünən axşam İngiltərə klubunun rəsmiləri ilə görüşüb. Klub rəsmilərinin razılıq əldə etməsindən sonra futbolçunun transferi bu gün reallaşıb.

AZƏRBAYCANDA İLK - General göstəriş verdi, yol polisi hərəkətə keçdi

Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib. BAKU.WS-in avtosfer.az-a istinadən xəbərinə görə, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor