Bakıda sürücü ilə Yol Polis Xidmətinin əməkdaşı arasında mübahisə yaşanıb. BAKU.WS-in məlumatına görə, videodan görünür ki, sürücü iddia edir ki, Yol Polis Xidmətinin əməkdaşları maşını qanunsuz olaraq cərimə dayanacağına aparılıb. Sürücü polis əməkdaşları ilə mübahisəni lentə alıb. Videoda göründüyü kimi, sürücü polis əməkdaşlarından maşınını hansı dayanacağa aparıldığını soruşur və nə səbəbə
Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb
“Ayə, harayə gedirsən, ayə?” mahnısı ilə məşhurlaşan Vüsal Rzasoyun daha bir qeyri-adi mahnısı yayılıb. BAKU.WS-in məlumatına görə, o, bu dəfə “Qaytar qoyunları” adlı mahnını səsləndirib. Qeyd edək ki, Vüsal Rzasoy eyni zamanda Pantomima Teatrında çalışır.
Metroda cibgirliklə məşğil olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisənin təfərrüatları ilə bağlı verilən məlumatda deyilir ki, noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə
Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub. BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Yeni 388-1-ci maddədə qeyd olunur ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 64,8 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,38 dollar/barel çoxdur. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın başlayıb. BAKU.WS-in məlumatına görə, yanğın nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar arasında xarici vətəndaşların da olduğu bildirilir. Lakin hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.
Azərbaycan XİN Misirdəki terror aktını pisləyib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı bəynatda bildirlir. Bəynatda deyilir ki, rəsmi Bakı Misirin Sinay yarmadasında məsciddə baş verən terror aktını qətiyyətlə pisləyir, qurbanların ailələrinə və Misir xalqına başsağlığı verir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini pisləyirş
ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi olan “SOCAR Georgia Gas” şirkəti tərəfindən Acarıstan Muxtar Respublikasının təbii qazla təminatı məhdudlaşdırılıb. BAKU.WSAPA-ya istinadən xəbər verir ki, bu gün Azərbaycandan mavi yanacağın tədarükündə yaranmış texniki problem və hava şəraitinin pisləşməsi ilə əlaqədar Acarıstanda 32 min abunəçinin qazla təminatı dayandırılıb. “SOCAR Georgia Gas”
Londonda metroda atışma barədə məlumat yayılıb. BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisəyə görə, “Oksford Serkus” və “Bond-strit” metro stansiyaları bağlanıb. Sərnişinlər təxliyə olunaraq ətrafdakı binalarda gizlənmələri xahiş edilib. Hadisə nəticəsində bir nəfərin yaralandığı bildirilir. Lakin məumat rəsmi təsdiq olunmayıb. Yaralanan şəxsin isə təxliyə zamanı yüngül xəsarət
Misirdə məsciddə terror aktı törədən 15 silahlı öldürülüb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, pilotsuz aparatlar tərəfindən səhrada endirilmiş zərbələr nəticəsində terror hücumunda iştirak edən 15 silahlı zərərsizləşdirilib. Qeyd edək ki, bu gün Misirin Sinay yarmadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.
Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təlimlərdə hərbi hissələr təyin edilən vaxtlarda döyüşə tam hazırlıq vəziyyətinə gətirilib, idarəetmə orqanları və bölmələr manevr edərək yeni mövqeləri tutub. Qərargahlarda və bölmələrdə döyüş