Fədaya Laçın qaçan məhbusun sevgilisi çıxdı: FAKTLAR, STATUSLAR
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirli bilinərək həbs edilən Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) ilə bağlı yeni faktlar üzə çıxıb. "Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, müğənni Fədayə Laçın bir neçə il əvvəldən bəri qaçan məhbuslardan biri ilə sevgili həyatı yaşayırmış. Müğənni tez-tez sevgilisi olan məhbusla həbsxanada görüşürmüş.