M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir. Bu barədə vəkil Aslan İsmayılov məlumat verib. O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir. BAKU.WS xəbər verir ki, medicina.az məsələ ilə bağlı ətraflı məlumat
Oktyabrın 13-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 13.10.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7003 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, oktyabrın 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7003 manat təşkil edib. BAKU.WS
Hazırda Bakının Heydər Əliyev (şəhər mərkəzi istiqamətində) Neftçilər, Qara Qarayev (metronun “Koroğlu” stansiyası istiqamətində) və Tbilisi prospektlərində, Yusif Səfərov (şəhər mərkəzi istiqamətində), Üzeyir Hacıbəyli, Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Tuncay
Metronun "28 may" stansiyasında bu gün səhər saat saatlarında həyəcanlı anlar yaşanıb. BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 28 yaşlı oğlanın halı qəfildən pisləşib və ürəyi gedib. Metronun əməkdaşları "28 may" stansiyasında sərnişinə ilkin tibbi yardım göstərib. Nazim
İraqda gedən döyüşlərdə hər iki valideyni ölən və uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, onu Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Bakıya gətirmək mümkün olub. XİN rəsmisi deyib ki, hazırda Abdulla adlandırılan uşağın qohumlarına
Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb. BAKU.WS-in məlumatına görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın
Bu gün ayın 13-ü, həm də cümə günüdür. İnsanların çoxu, xüsusilə də xristian ölkələrinin əhalisi inanır ki, ayın və həftənin bu günlərinin bir-birinə təsadüf etməsi bədlik, uğursuzluq gətirir. Ta qədimdən ayın 13-cü gününün cüməyə təsadüf etməsi mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara bu gün də rahatlıq vermir. Elm adamları isə bunu xurafat əlaməti sayırlar. BAKU.WS xəbər verir
BAKU.WS Bakıda Formula 1 yarışınının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə müsahibəni təqdim edir. Bildiyimiz kimi 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisi əvvəlki illərdən fərqli olaraq daha tez keçiriləcək. Bunun səbəbi nədir? Bu il Bakıda Formula 1 yarışı əvvəlki illərlə müqayisədə daha tez - aprel ayında baş