Nazirlər Kabinetində mühüm ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. “Qafqazinfo” xəbər verir ki, dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır: “Fərmanda qeyd

Bakıda ər arvadını boğaraq öldürüb

Bakıda qətl törədilib. BAKU.WS xəbər verir ki, Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

“ASAN xidmət”də 3 gün qeyri-iş günü olacaq

Qurban bayramı ilə əlaqədar 1, 2, 3 sentyabr tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə BAKU.WS-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumatda deyilir ki, 4 sentyabrdan vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Toya ”Porshe Cayenne”lə gələn azərbaycanlılar qəfildən atəş açmağa başladı: Polis onları axtarır

Rusiyada azərbaycanlıların toy vaxtı bahalı maşınlarla atışması toy iştirakçılarını qorxuya salıb. BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ural əyalətində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, azərbaycanlılar toyda dava salıblar, daha sonra silahlar işə düşüb. Toy iştirakçıları əvvəlcə atəşfəşanlıq olduğunu düşünüblər. Məlumata görə, ”Porshe Cayenne”

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz

Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ (CƏDVƏL)

Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli məlum olub. BAKU.WS həmin cədvəli təqdim edir: Mərkəzi icra hakimiyyəti orqanı Qəbulgünü Qəbulun keçirildiyi şəhər Əhatə olunan şəhər və rayonlar Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 06 Lerik Lerik, Lənkəran, Astara,

Bakıda turistin 3000 dollarını oğurladılar

Bakıda əcnəbi vətəndaşı qarət edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də əcnəbi vətəndaş Ayoub Tavfeqə məxsus 340 manat və 3000 dollar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Məmmiyev və Vüqar Qurbanov tutulublar.