"Maşın şou”-nun qalibi İslam Mehrəliyev təəssüratlarını bölüşüb. BAKU.WS-in məlumatına görə, lent.az-a açıqlama verən İ.Mehrəliyev bildirib ki, hələ maşına sahib olmayıb: "Qalib olduğuma görə çox sevincliyəm. Bunun üçün ilk növbədə Murad Dadaşova, ATV-yə və ən əsası da, xalqa təşəkkürümü bildirirəm. Məni dəstəkləyən elə insanlar var idi ki, onlar mənə deyirdilər, pulumuz yoxdu, sizə
Bakıda külli miqdarda pul oğurlamış şəxs tutulub. BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
Ordumuz cəbhədə şəhid verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Azərbaycanda və Türkiyədə populyar olan «İçerde» serialının final bölümü necə bitəcəyi məlum olub. BAKU.WS-in məlumatına görə, serialın baş qəhrəmanlarından biri olan Aras Bulud serialın sonuncu bölümü haqqında jurnalistlərə təəssüratını paylaşıb. Aktyor bildirib ki, gələn həftə ekranlara vida edən serialın son seriyasını Şou Mərkəzində izləyəcək. O, qeyd edib ki, final seriyası möhtəşəm olacaq.
23 min nəfərədək şəxsi heyətə xüsusi əmr veriləcək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki
Bakıda marketdən qatıq alan şəxs gördüyü mənzərə qarşısında heyrətlənib. Adətən, ağ rəngdə olan qatıq elə kiflənib ki, üz hissəsinin rəngi dəyişib. BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, bu mənzərə ilə Bakıda yaşayan Saxvəli Vəliyev qarşılaşıb. Məhsulun satıldığı marketdən isə bildirilib ki, sözügedən qatıq "Uzun ömür" süd məhsulları MMC-nin məhsuludur. MMC-nin məhsulunda
Azərbaycanda bu gündən çimərlik mövsümü başlayır. Publika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib. Lakin heç də bütün çimərliklər istifadəyə yararlı deyil. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə may ayının 16-dan etibarən