Artıq 2016-cı il – Meymun ili bitmək üzrədir. Bəs qarşıdan gələn Xoruz ili dünyaya və ölkəmizə nələr vəd edir? Bununla bağlı tanınmış astroloq Səbuhi Rəhimli öz proqnozlarını May.Az-a açıqlayıb: - Xoruz ili nə zamandan başlayır? - Od ünsürlü Qırmızı Xoruz ili 2017-ci ilin 28 yanvarında Bakı vaxtilə saat 04:06-da start götürəcək. - Bu il özündə hansı xüsusiyyətləri daşıyır? - İlk öncə bildirim
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq:
29 dekabr 2016-cı il, Bakı - Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqan - Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti nəticəsində ötən 10 il ərzində bu sahədə nəzarət sistemi formalaşdırılmış və Azərbaycan
"Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur". Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
"Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək". BAKU.WS xəbər verir ki, bunu azvision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib. Y.Aydəmirov qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır:
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir. BNA-dan BAKU.WS-ə verilən məlumata görə, növbəti belə dayanacaq cibi Zabrat-Maştağa avtomobil
Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Müdafiə nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu
"Azərsu” ASC yaxın illərdə ölkədə su ehtiyatları və ondan istifadənin uçotunun təkmilləşdirilməsi, təbii sərvətin məsuliyyətli şəkildə idarə edilməsi, istehlakçıların fasiləsiz və keyfiyyətli su təchizatı ilə təmini, ümumilikdə su təsərrüfatının idarə olunmasında effektivliyin yüksəldilməsi istiqamətində təkmil normativ-hüquqi baza yaratmaqla zəruri tədbirlər görəcək. Bu, Prezident İlham
"Düşünürəm ki, dolların bahalaşması və ucuzlaşmasının təsir etmədiyi sahə yoxdur". "Report" xəbər verir ki, bunu jurnalistlərə dolların məzənnəsinin vergi daxilolmalarına təsiri ilə bağlı sualı cavablandıran vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazirliyin İdarə rəisi Zaur Fətizadə isə qeyd edib ki, dolların vergi daxilolmalarına təsiri var, lakin burada xərclərə
Astara rayonu sakinindən saxta dollar aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də 2-cı Şıxlı kəndi ərazisində Astara şəhər sakini Kainat İsmayılovdan saxta 2000 ABŞ dolları götürülüb. Araşdırmalar davam etdirilir.
Ermənistan tərəfi itkilərini etiraf edib. May.Az-in məlumatına görə, Tavuş rayonunun Çinari kəndi ətrafında gedən döyüşlərdə 2 erməni əsgər, 1 zabit həlak olub. Ermənistan tərəfi yazır ki, erməni əsgərlər yuyunan zaman vurulub. Dəstəyə gələn zabit də məhv edilib.
Ermənistan-Azərbaycan sərhəddində atışma başlayıb. May.Az-in məlumatına görə, Ermənistan KİV-i iddia edir ki, Tavuş rayonunun Çinari kəndi ətrafında döyüş gedir. Ermənistan tərəfi snayper və qumbaraatanlardan istifadə edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sosial şəbəkədə döyüş olduğunu yazıb. Eyni zamanda, daha bir məlumata görə, Ermənistan silahlı qüvvələri Baş