ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Meksikanın milli valyutası kəskin ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, Meksika pesosu dollar qarşısında 10.9% dəyər itirib. Bununla yanaşı neftin bir barelinin qiyməti 44 dollar səviyyəsinə qədər enib. Qızıl isə təxminən 5% bahalaşıb. Dollar inkişaf etmiş ölkə pul vahidləri və əmtəələr qarşısında ucuzlaşıb. İnkişaf etməkdə olan ölkələrin pul
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. May.Az-in məlumatına görə, təbrikdə deyilir: "Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir.
Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə qaydaya əməl etməklə siz özünüzü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilərsiniz. May.Az bildirir ki, ən yaxşı seçim dükanlarda plastik butulkalarda satılan təmiz qazsız və şəkərsiz sudur. Bu mümkün olmadığı halda qaynanmış sudan istifadə edə bilərsiniz. Su çox qaynamamalıdır, ilk
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Tramp ailəsini prezident seçkilərindəki qələbə münasibəti ilə təbrik edib. BAKU.WS-in məlumatına görə, Anar Məmmədov Donald Trampın qızı olan və "The Trump Organization”in vitse-prezidenti İvanka Trampla birgə fotosunu paylaşıb və bunları yazıb: "Mənim əziz dostum, tarixi gün münasibət ilə Sizi və Sizin ailənizi təbrik edirəm!"
"İndi Hillari nənə dincələ bilər”. "Qafqazinfo”nun məlumatına görə, bu barədə Rusiya Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski Donald Trampın qələbəsini şərh edərkən bildirib. Onun sözlərinə görə, ABŞ-da keçirilən prezident seçkilərində iki namizəddən ən yaxşısı qalib gəlib. Jirinovski ABŞ vətəndaşlarına sakit həyat arzuladığını, eləcə də Trampın qalibiyyəti ilə