İçerde 3. Bölüm - Senin Evladın Olmak Varmış


Polis Akademisi'nde okuyan Sarp ve Mert kardeş olduklarından habersiz birbirlerine rakip olurlar. Sarp, Kaçakçılık ve Organize Suçlar Şube Müdürü Yusuf tarafından Polis Akademisi'nden mezun olmasına bir hafta kala polislikten atılır. Mezuniyet günü Yusuf'a silah çeken Sarp böylece daha önce hiç bilmediği yepyeni bir hayata adım atar. Bu yeni ve karanlık dünyada Sarp'ın en yakın düşmanı ise Akademi'nin diğer göz bebeği Mert'dir.

Yapım: Ay Yapım
Yönetmen: Uluç Bayraktar
Senaryo: Ertan Kurtalan, Toprak Karaoğlu

Oyuncu Kadrosu:
Sarp: Çağatay Ulusoy
Mert: Aras Bulut İynemli
Celal: Çetin Tekindor
Yusuf: Mustafa Uğurlu
Melek: Bensu Soral
Eylem: Damla Colbay
Füsun: Nihal Koldaş
Davut: Rıza Kocaoğlu

Şamaxıda şagirdini zorlayan müəllimə iş kəsildi - 5 il 6 ay


Şamaxı rayonu Pirbəhli kəndində qeydə alınan biabırçı olayda - şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda onun atası Həsənağa İbrahimov məlumat verib. O, ailəsinin pərən-pərən düşdüyünü qeyd edərək, medianı bu məsələni şişirtməkdə qınayıb. Həsənağa İbrahimov deyib ki, hadisə barədə mətbuat bu qədər yazmasaydı, işlər bu səviyyəyə çatmazdı:

"Hamınız istəyinizə çatdınız, oğlum tutuldu. 5 il 6 aylıq həbs edildi. İstəyirsiniz, gəlin məni də tutdurun”.

Xatırladaq ki, Pirbəhli kəndinin Ağsaqqallar Şurasının sədri hacı Neman Əfəndiyev hadisələrdən sonra qalmaqalda adları hallanan müəllim və şagirdin ailə qurmağa hazırlaşdığını açıqlamışdı.

H.İbrahimov bu faktı təsdiqləyib: "Bəli, ailələr razılığa gəlmişdi, barışmışdıq. Amma hüquq-mühafizə orqanları, hökumət barışığa heç bir məhəl qoymadı. Heç barışıq sözünü hallandırmadılar da”.

Baba dünyaya gələn nəvəsindən xəbərsiz olduğunu bildirib: "Uşaqdan xəbərimiz yoxdur, görməmişik. Hər şeyi hökumət bilir, biz bilmirik”.

H.İbrahimov həmçinin oğlunun həyat yoldaşının 2 uşaqla birlikdə atası evinə getdiyini açıqlayıb: "Gəlin uşaqlarla birlikdə atası evinə getdi. Hərəsi bir dərədədir. Ailəmiz dağıldı daha”.

Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılmışdı.

Hadisədə adı hallanan müəllim 25 yaşlı Elnur İbrahimov ailəlidir, 2 övladı var.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir. /Modern.az/
Zöhrə Abdullayeva: “Varlandıqdan sonra qudurursunuz”


Əməkdar artist Zöhrə Abdullayeva bəzi müğənniləri tənqid edib.

May.az xəbər verir ki, müğənni "10-dan sonra” verilişində sənətçilərin xalqa hörmət qoymadığını bildirib.

"Bəzi müğənnilər pulları artanda "çaşırlar”. Kasıbçılıqdan gəlib, xalqın pulunun gücünə varlanırsınız, sonra qudurursunuz. El qəbul etmirsə, nə etsəniz, lüt soyunsanız da, sizi sevməyəcəklər. Çoxları mənə nifrət edir. Bəyənmədiyim adamların mənə sevgisi lazım deyil”, - deyə əməkdar artist bildirib.

Aysel.Ş
İnanılmaz olay: Qoca kişinin evləndiyi qadın nəvəsi çıxdı


ABŞ-ın Florida ştatında qəribə hadisə baş verib. Özündən 44 yaş kiçik qızla ailə quran 68 yaşlı milyarder ailə albomuna baxarkən gəlinin doğma nəvəsi olduğunu bilib.

May.Az xəbər verir ki, hadisənin üstü toyundan 3 ay sonra təsadüfən açılıb. Təzə gəlin ərinin amyamidəki evində alboma baxrkən atasının şəklini görüb. Nikaha girdiyi şəxsin öz babası olduğunu bilən qız bir an stress yaşsa da, sonra evliliyini davam etdirmək qərarına gəlib.
Bakıda məktəbdə dava düşdü: Şagird müəllimin gözünü çıxardı


Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib və onlardan birinə xəsarət yetirib.

May.Az publika.az-a istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.

Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.
Samiraldo Kamilə sərt cavab verdi: "Sən kimsən ki..."


Müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə stilist Samir Əliyev (Samiraldo) arasında dava düşüb.

Hadisə ilə bağlı musavat.com saytına açıqlama verən Kamil Zeynallı bildirib ki, etdiyi əməldən peşman deyil:

"Sahibkarlar şirkətlərini reklam etsin, amma Samiraldo kimisindən istifadə etməsin. Normal, savadlı, təhsilli insanlar dura-dura, bəzi məkanların açılışını Samirə tapşırır, qırmızı lenti ona kəsdirirlər. Dünənki məclisə Samirin gələcəyini bilsəydim, gəlməzdim. O məkanın sahibi dostumuzdur, Samirin gələcəyindən xəbəri olmayıb. Samiri açılışı təşkil edən qız dəvət edib. Orada 15 hörmətli idmançı vardı, dedik, güldük, bir də baxdıq ki, Samiraldo gəldi. Samirin kim olduğunu hamı bilir, onun orada iştirakı düzgün deyildi.

Bizi görən kimi məkanı tərk etməli idi. Samiri görüb əsəbləşdim, özümü saxlaya bilmədim. Digər idmançı dostlar da Samirin orada olduğu üçün narahat oldular.
Deyirlər ki, Samir xəstədir. Xəstədirsə, işi ilə məşğul olsun. Xəstə olsaydı, stilistlik edə bilməzdi. O cəmiyyətə zərər verir. Yaydığı videolarda səsləndirdiyi ifadələr ana-bacılarımıza, gənclərə, uşaqlara ziyandır. Onu dəstəkləyənlər Samirin səviyyəsindədir. Qəlyanı başqa-başqa mənalara yozur, adi ifadələri əxlaqsız mənalara çəkir. Onun sözləri uşaqların ağzına düşüb. Axmaqlığı başqa yerdə etsin. Onun sözləri, hərəkətləri cəmiyyətə zərər verir, insanların əxlaqına mənfi təsir göstərir. Allah onu adi insan yaradıb. Özünü çevirib, nə vəziyyətlərə salıb".

K. Zeynallı bildirib ki, Samiraldo hüquq-mühafizə orqanlarına müraciət etsə də, ona qarşı mövqeyi dəyişməyəcək: "Hara istəyirsə, müraciət etsin. Çıxıb, məhkəmədə ondan üzr istəmərəm. Lap mənə neçə il iş versinlər, həbsxanada yatım. Amma Samirdən üzr istəmərəm".

Samiraldo isə publika.az-a açıqlamasında baş verənlərdən şok yaşadığını və Kamillə məhkəmədə görüşəcəyini bildirib: "O kimdir ki, məni məclisdən çıxarır, əsəbimdən özümə gələ bilmirəm. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir eləsin. Kamilə buradan səslənirəm, sən buna görə cavab verəcəksən. Özü də qanun qarşısında".
Mərcə girib gecəni iki qadınla keçirdi: 12 saat sonra ürəyi dayandı


İki qadınla bütün gecəni intim münasibətdə olan 28 yaşlı gənc ölüb.

May.Az xəbər verir ki, hadisə Rusiyada baş verib. Məlumata görə, Sergey Tuqanov adlı şəxs bütün gecəni iki qadınla birlikdə olacağına dair 3 min dollardan mərc gəlib. Mərci udmaq üçün bir qutu Viaqra içib və istədiyinə nail olub. Amma 12 saat sonra ürəyi dayanıb.
Mühafizəçini döydürən “Range Rover”li xanımın əri həbs olundu


Bakıda mühafizəçini ölümcül döyməkdə ittiham olunan şəxs saxlanılıb.

May.Az Criminal.az saytına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.

Belə ki, gənc xanım sürücü idarə etdiyi ''-- -- 003'' dövlət nömrə nişanlı son model ''Range Rover'' markalı avtomobili park etmək istəyib. Yer olmadığından isə maşını yaşayış kompleksinin həyətinə sürüb. Binanın mühafizəçisi isə həyətdə maşın saxlamağın qadağan olunduğunu deyib.

Bu zaman sözügedən xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ''AA'' dövlət nömrə seriyalı ''Mercedes'' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.

Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir. O, hadisədən sonra həbs olunub.
Bakıda polisin bahalı avtomobil "ovu": nazir qohumlarının maşınları da saxlanıldı


Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb.

May.Az modern.az-a istinadən bildirir ki, avtomobili cərimə meydançasına aparılanlar arasında nəqliyyat naziri və digər məşhurların övladları da var. Bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır. Amma bu məbləğin cərimə, yaxud rüşvət olduğu bəlli deyil.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov modern.az saytına açıqlamasında faktı təsdiq edib.

47 avtomobil "səs-küy" saldığına görə cərimə meydançasındadır...

Vaqif Əsədov bildirib ki, ötən həftə ərzində 47 belə avtomobil yol hərəkətindən uzaqlaşdırılıb:

"Yol polisi zəruri tədbirləri görməklə təhlükəsizliyi tam təmin edib, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatdırmağa çalışır. Hər bir polis əməkdaşı dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparır. Xidmət aparılan zaman yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilirsə, məsuliyyətə cəlb olunurlar.
Təkcə ötən həftə ərzində mühərrikinin səsboğucusuna müdaxilə edilən 47 avtomobil saxlanılıb və onlar yol hərəkətindən uzaqlaşdırılıb. Həmin maşınlar müvəqqəti dayanacaqlarda saxlanılır.
Həmin avtomobillərdə mühərrikin qazanına müdaxilə edilib və səsboğucunu standarta uyğun olmayan səviyyəyə gətiriblər.

Sürücülərə diqqətinə!

Polis polkovniki yol hərəkətinin düzgün təşkil olunması üçün avtomobil sürücülərinə müraciət edib:
"İstehsal edilən hər bir nəqliyyat vasitəsi standarta uyğun, zavodun müəyyən etdiyi tələblər üzrə olmalıdır. Müdaxilə edilir, konstruksiya dəyişikliyi aparılırsa, əlavə avadanlıq qoyulursa, bu, qanunvericilik üzrə məsuliyyətdir və 500 manatdan 800 manata qədər cəriməsi var".

"Gelenvagen", "Volkswagen", "Range rover" cərimə meydançasında...

Vaqif Əsədovun sözlərinə görə, cərimə meydançasına aparılan avtomobillər brend markalardandır:

"Ötən həftə saxlanılan avtomobillər arasında bütün növ brend markalarından - "Gelenvagen", "Volkswagen", "Range Rover", "Lamborgihini" və başqa bahalı avtomobillər var. Bildirim ki, avtomobillərin saxlanılması markadan, dövlət nömrə nişanından asılı deyil. Kimliyindən asılı olmayaraq, qanunvericiliyin tələblərini pozan hər kəs tərəfimizdən saxlanılır və barəsində müvafiq tədbir görülür".

Gömrük bu cür avtomobilləri niyə ölkəyə buraxır?

V.Əsədov zavodda istehsal prosesində bu cür səsboğucu qoyulan maşınların Azərbaycana gətirilməsinə də münasibət bildirib:

"Hər kəs öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir. Mən gömrük işçisi kimi vətəndaşa deyə bilmərəm ki, bu avtomobili gətir, yaxud gətirmə. Gömrük funksional vəzifəsinə aid olanları qeyd edir. O tələblərə uyğun fəaliyyət göstərir, onlar Avro-5 standartına nəzarət edir. Mən deyə bilmərəm bu məsələlərə niyə nəzarət etmir, niyə qadağa qoymur? Amma yol polisinin səlahiyyətindədir ki, bu cür avtomobillərin istifadəsinin qarşısını alsın".
Sabaha olan hava proqnozu açıqlandı


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

May.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 4-də paytaxt və yarımadada cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Şahin Həbibov
Bakıda sevgililərə 18 il hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rusiya vətəndaşı İslam İbrahimov və sevgilisi Nigar Saqıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.İbrahimov və N.Saqıyeva hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, İslam İbrahimov və Nigar Sadıqıyeva bir neçə nəfərdən torpaq sahələrinə sənəd düzəltmək, ticarət obyektlərinin eskiz layihələrini təsdiqlətmək adı ilə külli miqdarda pul alaraq qaytarmayıb.

Rusiya vətəndaşı olan İslam İbrahimov Bakı şəhər sakini Feyruz Babayevin tikdirmək istədiyi ofis və ticarət mərkəzinin eskiz layihəsinin Bakı Şəhər İcra Hakimiyyətində təsdiq edilməsi üçün ondan təxminən 44 min manat alıb, layihə təsdiqlənməyib, pulu da geri qaytarmayıb.

Nigar Saqıyeva isə Xaçmaz rayon sakini Fatma Fərzəliyevadan 16 min manat dəyərində qızıl-zinət əşyaları və 2800 manat nağd pul alıb. "Qızıl Fatma" ləqəbi ilə tanınan F.Fərzəliyeva pulunun bir hissəsinin geri qaytarılmadığını deyib.

Xatırladaq ki, İ.İbrahimov və N.Saqıyeva Cinayət Məcələsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Поиск по сайту

Календарь

«    Октябрь 2016    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Реклама

Опрос на сайте

Статистика

Сюда код модуля

Контакты

Часы работы

  • Понедельник-Пятница: 10.00 - 18.00
  • Суббота: Выходной
  • Воскресенье: Выходной

Перед обращением в службу поддержки обязательно прочтите раздел часто задаваемых вопросов: , т.к. возможно там уже дан ответ на ваш вопрос.