ABŞ-ın Ədliyyə Nazirliyi Leonardo DiKaprio fondunun Malayziyanın "1Malaysia Development Bhd” (1MDB) adlı dövlət fondunun dələduzluq əməliyyatlarında iştirakından şübhələnir. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da barəsində təhqiqat başlanıldığı "1MDB” tərəfindən Hollivud ulduzunun "Leonardo DiCaprio Foundation” (LDF) fondunun hesabına 3 milyard dollar köçürüldüyü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub. May.Az-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq
Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatlarına bələd olan mənbə Rosbalt nəşrinə bildirib ki, o, avqustun 17-də axşam saatlarında İstanbuldakı otellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib. Bundan sonra Rövşən Lənkəranski oteldən çıxıb və "Range Rover” markalı avtomobilin arxa oturacağına əyləşib. Lənkəranskinin
"Rio-2016”da birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşü keçirilib. Azərbaycan idmançısı Valentin Demyanenko da həlledici mərhələdə qüvvəsini sınayıb. Otuz üç yaşlı atletimizin çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda
Azərbaycanda qızıldan "iPhone" 6 S satışa çıxarılıb. May.Az-in məlumatına görə, elan saytlarından birində yerləşdirilən görüntülərdə qızılı qabla əhatə olunmuş telefon göz oxşayır. Azərbaycan gerbi və bayrağı əks olunan telefon (126 GB) 4200 AZN (2625 dollar) dəyərindədir. Digər "iPhone" 6 S-in (64 GB) qiyməti isə 3400 AZN (2125 dollar) civarında müəyyən olunub.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqust ayı ərzində ölkəyə 45 min ton Ai-92 markalı avtomobil benzini idxal edəcək. May.Az-in məlumatına görə, bu barədə "Report"a SOCAR-dakı mənbə bildirib. Mənbə qeyd edib ki, bu həcmdən 15 min ton Yunanıstan, 10 min ton Rumıniya, 20 min ton isə Rusiyadan idxal olunacaq. Xatırladaq ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) avqustun
Bankların dollara olan tələbatı sürətlə artır. Fins.az xəbər verir ki, Dövlət Neft Fondunun (DNF) bu gün keçirdiyi hərracda bankların dollara tələbi təklif edilən vəsaitdən 14 dəfə çox olub. Banklar ən azı 700 milyon dollar almağa hazırdılar. Dollara tələbatın bu qədər yüksəlməsi ilk növbədə süni amillərlə bağlıdır. Əhalinin bu prosesdə rolu çox zəifdir. Əksinə bankların yaratdığı dollar
SOCAR son günlər KİV-də Azərbaycanın Nazirlər Kabinetinin benzinlə bağlı qəbul etdiyi qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara aydınlıq gətirib. SOCAR-dan May.Az-a verilən məlumatda qeyd edilir ki, adı çəkilən sənədlər SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya” İstehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində
Bakıda naməlum şəxslər klinikaya basqın ediblər. May.Az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı
Bakı və Abşeron yarımadasında avqustun 19-da hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə
Azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) növbəti dəfə mətbuatın gündəmini zəbt edib. "Report”un xəbərinə görə, bu dəfə o, ölüm xəbəri ilə gündəmə gəlib. Düzdür, bəzi KİV-lər onun öldürülmədiyini də iddia edir... Oxuculara isə istənilən halda bu, maraqlıdır: Rövşən Lənkəranski kimdir? Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım var. Mədəniyyət və Turizm Nazirliyindən May.Az-a bildirilib ki, təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur. Bu son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı