Avqustun 1-dən mal əti 0,50 manat və ya 6,6% bahalaşaraq 1 kq-ı 8 manata çatıb. May.Az Turan-a istinadən xəbər verir ki, bu, son iki ayda ikinci bahalaşmadır. İyunda ət 0,50 manat - 7 manatdan 7,50 manata və ya 7,1% bahalaşmışdı. Ət ötən illər iyun-iyulda 7 manatdan 7,50 manata bahalaşıb. 2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manatdan 8,5 manata qədər bahalaşıb, sonra 7
Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək. May.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. Qeyd edək ki, prezidentlərini görüşünün keçirilməsi xarici işlər nazirlərinin aprelin 7-də Bakıdakı üçtərəfli görüşündə qərara alınıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, altmış iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil
Bu gün sosial şəbəkə istifadəçilərindən biri yol polisi əməkdaşının fotosunu yayaraq belə bir status paylaşıb: "Polis az öncə şəhərdə yaşlı taksi sürücüsünü telefonla danışdığına görə cərimələyib. Özü isə nə kəmərdən istifadə edir, nə də qanuna əməl etməyərək, telefonla danışır. Yaşlı kasıb taksi sürücüsünə qanun var, bunlara yox?!". Məsələ ilə bağlı Avtosfer.az-ın əməkdaşı Daxili
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü təqsirli bildiyini deyib. İ.Bəbirov bildirib ki, hadisədən əvvəl
Bakının Qaradağ rayonunda meyit aşkarlanıb. "Report”un xəbərinə görə, "Sədərək” ticarət mərkəzində yerləşən çörək sexində orada çalışan Neftçala rayon sakini 1957-ci il təvəllüdlü Xanəhməd Abdullayevin meyiti aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qısamüddətli müzakirələrdlən sonra əksər çörək zavodları və sexləri çörəyin qiymətini artırıb. Çörək istehsalçıları qiymət artımını çörəyin çəkinin artması ilə əlaqələndirməyə çalışsalar da, qiymət-çəki nisbətinin dəyişməsi bu arqumentin ciddi olmadığını göstərib. Bakının ən böyük çörək istehsalçısı və digər çörək istehsalçıları üçün də qiymət oriyentiri rolunu oynayan «Bakıxanov» Çörək