Həftəsonuna olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, iyulun 24-də paytaxt və yarımadada mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 26-30, Bakıda

“Azercell” abunəçilərə xəbərdarlıq edib

İyulun 25-də gecə saatları ərzində Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom” şirkətinin bəzi xidmətlərinin istifadəsində müvəqqəti çətinliklər yarana bilər. May.Az xəbər verir ki, bu barədə "Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib. Şirkətin xidmətlərində çətinliklərin yaranmasına səbəb göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması

Vəkillə hərbi ekspert arasında pul qalmaqalı

Vəkil Elçin Sadıqov sosial şəbəkədə status yazaraq tanınmış şəxslərdən birinin cinayət işini Avropa Məhkəməsində udduğunu və həmin şəxsin ayrılan təzminatdan ona çatacaq haqqı hələ də ödəmədiyini bildirib. Statusa yazılan şərhlərdə həmin şəxsin hərbi ekspert Üzeyir Cəfərov olduğu qeyd olunub. May.Az məlumat verir ki, "Qafqazinfo” məsələ ilə bağlı adı hallanan Üzeyir Cəfərovun mövqeyini

Münhendə atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

"Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur". May.Az məlumat verir ki, bu barədə "Report"а Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib: "Həlak olanların ailələrinə və yaxınlarına

İŞİD-in hakerlərindən Azərbaycanın şirkətlərinə hücum

Özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" "Nürgün Group" şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətləri hədəfə alıb. "APA-Economics" xəbər verir ki, şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətn

“Akcent” yenə Bakıya gəlır

Məşhur rumın qrupu "Akcent”in solisti Adrian Sina sosial şəbəkədə Azərbaycanla bağlı paylaşım edib. May.Az xəbər verir ki, ifaçı növbəti dəfə Bakıda konsert verəcəyini əks etdirən afişanı "İnstagram” bloqunda yerləşdirib. Məlumat üçün bildirək ki, ifaçı avqustun 13-də paytaxtda yerləşən restoranlardan birində çıxış edəcək. Gecədə Adrian Sina ilə yanaşı səhnəyə DJ Çina (Mustafayev) da

Amaliya Pənahova: “MTN rəhbərliyi bizə boyun olmuşdu”

"15 ildir qanunla, sənədlə Rəşid Behbudov ünvanında yerləşən Şəhriyar adına klubda yerləşmişdik. Bu gün də rəsmi olaraq ünvanımız oradır. Amma təəssüf ki, mənim təşəbbüsümlə orada aparılan təmir axırda onunla nəticələndi ki, bizi oradan xaric etdilər və geri qaytarmadılar”. May.Az-in məlumtına görə, bunu Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova "Yeni Müsavat”a

İlkin Həsəni: “ Onun-bunun həyatına burnunu soxmayan...”

"Keçmişinə heyifslənməyən, gələcəyindən qorxmayan və onun-bunun həyatına burnunu soxmayan kəs xoşbəxtdir. Xoşbəxt olun!” May.Az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı İlkin Həsəni "Facebook” profilində yazıb. Güman ki, aparıcı şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Yeri gəlmişkən, nişanlı olan İ.Həsəni ötən gün axşam.az-a açıqlamasında toyunun bu

Sumqayıt-Bakı qatarı yolda qaldı

Bu gün səhər saatlarında Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb. Saat 08:00-da Sumqayıtdan yola düşən qatar 08:40-da Bakıya çatmalı olduğu halda 40 dəqiqə gecikib. Qatarın gecikməsi sərnişinlərin narahatçılığına səbəb olub. "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşınmaları Departamentinin rəisi Elyar Muradov azvision.az-a açıqlamasında bildirib ki, qatarın

İşıq pulundan sonra ət, yağ, yumurta bahalaşdı, çörək isə…

İşıq pulunun cüzi artımından sonra ət, yumurta, yağ və meyvə-tərəvəz məhsullarının qiyməti bahalaşıb. Virtualaz.org saytının bazar və marketlərdə apardığı müşahidələrə görə, toyuq ətinin kiloqramı 25-50 qəpik, mal və qoyun əti 1 manat, duru yağlar 10-30 qəpik, yumurta isə 2-4 qəpik arası bahalaşıb. "Fresko” supermarketində sümüklü mal ətinin kiloqramı 8 manat 50 qəpiyə satışa çıxarılıb,

Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)

Tanınmış klipmeyker Zorikin (Zöhrab Ağayev) narkotik istifadəçisi olduğu barədə söhbətlər gəzir. May.Az 1xəbər.com-a istinadən xəbər verir ki, şayiələrin yaranmasına səbəb rejissorun qısa müddətdə gözəçarpacaq qədər arıqlamasıdır. Bir çoxları iddia edir ki, qalmaqallı rejissor bariatrik (mədə kiçiltmə əməliyyatı-red) əməliyyatı sayəsində piylənmədən qurtulub. 165 kiloqramdan 90-ə düşən Zorik heç

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda 652 nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Komitədən verilən açıqlamaya görə, itkin düşən şəxslərin 100-ü 14-18 yaşadək uşaqlar olub. Məlumatda bildirilir ki, ötən illərlə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları azalıb. Əgər 2000-ci ildə Azərbaycanda 14-18 yaşadək 234 uşaq itkin düşmüşdüsə, 2013-cü ildə belə uşaqların sayı