Azərbaycanda iki uşaq anası qardaşı tərəfindən bıçaqlandı

Dünən Sabirabad rayonunda qardaşın bacısını qətlə yetirməsi ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. May.Az Lent.az-a istinadən xəbər verir ki, Balakənd kəndində 1975-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni qısqanclıq zəminində öldürdüyünü açıqlayıb. Hadisədən dərhal sonra Sabirabad rayon Polis Şöbəsinə gedərək könüllü

Sergey Lavrovdan Qarabağla bağlı ümidləndirici açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib. O, hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım

İlham Əliyev: "Gömrük rüsumları artırılmalıdır"

"İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin". May.Az-in məlumatına görə, bunu Prezident

İlham Əliyev: Ermənistan üçün dərs olacaq

Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. May.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda

Avtomobillərin Azərbaycana gətirilməsi qaydası dəyişdi

Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları dəyişib. May.Az APA-ya istinadən xəbər verir ki, bu, bu gün Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda dəyişikliklər edilməsi barədə

Xaricə getmək istəyənlər üçün viza qiymətləri — SİYAHI

Turizm mövsümündə xaricə gedənlərin ilk xərcləri viza üçün çıxır. Fins.az Azərbaycan vətəndaşlarının səyahət coğrafiyasını nəzərə alaraq, dünyanın müxtəlif ölkələrinə səyahət üçün viza qiymətlərini araşdırıb. 1. ABŞ – 160 dollar, səfirlikdən verilir 2. Kanada – 250 dollar, onlayn alınır və ya Türkiyədəki səfirlikdən verilir 3. Şengen ölkələrinə – 35 avro (Avstriya, Belçika, Çexiya, Danimarka,

Şad xəbər: Havaların isinəcəyi tarix açıqlandı

Azərbaycanda hava temperaturu 36 dərəcəyə qədər yüksələcək. May.Az xəbər verir ki, bu haqda məşhur hava proqnozu saytı weather.com bildirib. Saytda yerləşdirilmiş informasiyaya əsasən iyulun 13-dən etibarən Bakıda havanın temperaturu mövsüm normalarına uyğun olacaq. Ən isti günlər həftənin istirahət günlərinə təsadüf edəcək. Havanın temperaturunun yüksəlməsi isə çimərlik mövsümünün daha da

Azərbaycanlı həkimdən daha bir bağışlanılmaz səhv

"Həkim mənə xərcəngsən deyib, bütün qadınlığımı əlimdən aldı". May.Az bildirir ki, bunu anspress-ə şikayətçi Sevinc Mirzəyeva deyib. O, Sumqayıtda yerləşən özəl klinikaların birində həkim Şaban Əhmədov tərəfindən ona səhv diaqnoz qoyulduğunu və buna görə onun yumurtalıqlarının və uşaqlığının çıxarıldığını bildirir. Xəstənin sözlərinə görə, əməliyyat iki il öncə olsa da, o, bu

Gülər Əhmədovanın Azərbaycandan çıxmasına qoyulan qadağa ləğv olunub

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın Azərbaycanın hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə vəsatətin təmin edilməməsinə dair qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. "Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, keçmiş deputatın