Bir vaxtlar bu cür avtomobillər ərəb şeyxlərinin idarə edərkən maraqla qarşılanırdı. Hər kəs bu avtomobillərə həsəd aparırdı. Artıq Bakıda da qızılı rəngdə "Mercedes - Galendewagen" markalı avtomobil var. May.Az avtosfer.az-a istinadən bildirir ki, həmin avtomobil bu gün Mətbuat prospektində - Azərbaycan Nəşriyyatının qarşısında görünüb. Avtomobilin qiyməti təxminən 300 min dollardır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Silahlı Qüvvələrin Mühəndis-istehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib. Müdafiə Nazirliyindən May.Az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə
Ötən gün Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Xalıq Faiqoğlu" şirkətinə məxsus 18, 96, 16 nömrəli marşrut xətlərinin bağlanması barədə qərar verib. Qərarda göstərilir ki, buna səbəb sözügedən marşrut xətlərinin Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi, həmçinin təkrarlanan
İqtisadiyyat Nazirliyi ramazan ayı ilə əlaqədar bazar və marketlərdə bir çox ərzaq məhsullarının qiymətin bahalaşması haqda yayılan məlumatlara aydınlıq gətirib. May.Az bildirir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a açıqlamasında deyib ki, bazar və marketlərdə hər hansı qiymət artımı müşahidə edilməyib. "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və
Ramazan ayının kəffarəsi üzərinə vacib olan şəxs ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birinə bir mudd, yəni təqribən 750 qram buğda, arpa, çörək və bu kimi şeylərdən verməlidir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) verilən məlumata görə, əgər bunlardan heç biri mümkün olmasa, bacardığı qədər
"Azərbaycanın Avrasiya İttifaqına daxil olması barədə müzakirələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb”. ANS PRESS-in məlumatına görə, bu sözləri Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Azərbaycanın üzvlüyünün müzakirəsinin təxirə salınmasına səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasıdır.
Azərbaycanda "Brilliance” avtomobillərinin satışı dayanıb. Bu Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Brilliance Auto Group Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, ölkəyə yeni modellərin gətirilməsi dayandırılıb. Buna səbəb isə dolların bahalaşmasından sonra bu avtomobillərin xeyli bahalaşması olub. "29-32 min manata heç kim Çin maşını almaq istəmir”
Ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 11 aprel
Jurnalist Rasim Əliyevin döyülüb ölməsi işi üzrə həbs edilən «Qəbələ» futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bunu AzadlıqRadiosuna C.Hüseynovun vəkili Adəm Məmmədov bildirib. A.Məmmədov Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətdə C.Hüseynov barəsində bəraət hökmü çıxarılmasının istəndiyini söyləyib. O, işə bu yaxınlarda
Bu gün səhifəmdə Mingəçevirdən olan şəhid Adil Adilzadənən atasının kredit borcunun həll ediləməsi barədə məlumat yazdım. Bildirirəm ki, kredit borcu silinməyib, problem həll edilib. Bu barədə May.Az-a millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, bu məsələ artıq şəhid ailəsini narahat etməyəcək. "Təəssüf edirəm ki, bu məsələdən istifadə edib məmurların və dövlət
İngiltərənin məşhur "Daily Mail" nəşri "İnstaqramın zəngin gəncləri" siyahısında türk iş adamına da yer verib. May.Az məlumat verir ki, Nyu-York və Mayamidə bizneslə məşğul olan Emir Bahadır siyahıda birinci yeri tutub. Lüks həyatını İnstaqramda nümayiş etdirən gənc iş adamının 200 mindən çox izləyicisi var. Türkiyədən film və bir sıra təkliflər alan Emir Bahadır İngiltərənin
Antaliyada tanış olduğu 14 yaşındakı əqli qüsurlu qızla dəfələrlə cinsi əlaqəyə girən şəxs saxlanılıb. May.Az-in məlumatına görə, 44 yaşındakı şəxs bu əməllərinə görə 23 il 8 ay azadlıqdan məhrum edilib. Kayseridə qeydə alınan hadisə hər kəsi heyrətləndirib. İstintaq araşdırmasına görə, şübhəli A.B., zərər çəkmişlə Antaliyada bir kafedə tanış olub. Antaliyada bir evə gedən cütlük bir müddət