Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bu sahədə görülən işlərin tərkib
Ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bəzi metro stansiyalarının platformalarında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yığışdırdığı oturacaqların yenidən quraşdırlımasına başlayıb. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda metronun "Elmlər Akademiyası" stansiyasının
Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır. May.az "Report"-a istinadən xəbər verir ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 28 banka satılıb. Fonddan OBBA.WS-ə verilən məlumata görə, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Sürücü Pəhlivan Mehdiyev radara düşüb. Daha doğrusu, ona idarə etdiyi avtomobilin radara düşməsi barədə MMX protokol göndərilib. Lakin sürücü bununla razılaşmır. Çünki radara düşən avtomobil ona məxsus deyil. Pəhlivan Mehdiyev baş verənlərlə bağlı Avtosfer.az-a bildirib ki, 16.06.2016-cı il tarixdə idarə etdiyi 90-FV-787 qeydiyyat nişanlı «Kia Picanto» markalı avtomobillə Bakı şəhərində
Almaniyalı model Qina Liza-Lohfinki zorlamaqda günahlandırılan Azərbaycan millisinin hücumçusu Pərdis-Fərcad Azadın məsələsində yeni məlumat yayılıb. May.Az "Qafqazinfo”-ya istinadən məlumat verir ki, Gina-Liza Pərdis-Fərcad Azadla həmin hadisədən sonra görüşüb və yenə də birlikdə olublar. Həmin görüşdə Almaniya milli komandasının və "Bavariya”nın müdafiəçisi Jerom Boatenq də iştirak
Nigeriya Mərkəzi Bankı üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. "APA-Economics" xəbər verir ki, bu qərardan sonra milli valyuta olan nayra 24% ucuzlaşıb. Nayranın daha da ucuzlaşacağı gözlənilir. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, valyuta ehtiyatlarının azalması üzən məzənnə rejiminə keçidi zəruri edib.
Bu gün Prezident İlham Əliyev Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsinə gedib. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 illiyi ilə bağlı tədbirdə Qafqaz Müsəlmanları İdaərsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Prezident Nardaran qəsəbəsində məscidlərə baş çəkib: "İndi orada hər şey normaldır, heç bir qarşıdurma yoxdur”.
Bakıda avtomobil 3 piyadanı vurub. May.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi "Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. Nəticədə C.Kirmirzəyev hadisə yerində
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində ciddi problemlər yaranıb. May.Az məlumat verir ki, bu haqda aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıblar. Onlar bildirib ki, aktyor böyrək çatışmazlığından əziyyət çəkir. Xəstəxanada müalicə olunmasına baxmayaraq aktyorun səhhəti yenidən pisləşib. Böyrəklərinin fəaliyyəti zəifləyən sənətçi təcili
Qadınları qarət etdi, həbsə atıldı, indi mühakimə olunur Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Əli Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə zərərçəkən şəxslər dindirilib. Zərərçəkmiş şəxs qismində dindirilən Şəhla Hüseynova Hövsan qəsəbəsində həkim
İyunun 22-nə manatın məzənnəsi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 22.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5270 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, iyunun 21-də USD/AZN rəsmi məzənnəsi 1,5240 səviyyəsində olub.