"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb". ANS PRESS-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində iştirak edən prezidenti İlham Əliyev deyib. O deyib ki, vasitəçilər də anlamalıdırlar ki,
Bu gün səhər üçün manatın məzənnəsi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 18.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5210 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, iyunun 17-də USD/AZN rəsmi məzənnəsi 1,5180 səviyyəsində olub.
Bəzi saytlarda, həmçinin sosial şəbəkədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evində vəfat etməsi barədə xəbər yayılıb. Keçmiş nazirin ölüm səbəbi kimi ürək tutması göstərilir. Bildirilir ki, Mahmudovun Bakı ərazisindəki bağ evinə təcili yardım çağırılıbmış. "Lakin həkimlərin səylərinə baxmayaraq, keçmiş naziri xilas etmək mümkün olmayıb", deyə məlumatda bildirilir.
Ermənistan KİV xəbər verir ki, Qarabağda erməni əsgər öldürülüb. Məlumata görə, 1997-ci il təvəllüdlü Qrant Qaruşeviç Qriqoryan naməlum şəraitdə güllələnib. Baş vermiş hadisənin araşdırılması məqsədilə təhqiqat aparılır.
Yol hərəkəti üzrə məşhur ekspert Ərşad Hüseynov avtomobil həvəskarları ilə bağlı maraqlı təklif səsləndirib. O, Avtosfer.az-a bildirib ki, Bakıda keçirilən Formula 1 yarışı üçün hazırlanan yollarda yarış başa çatdıqdan sonra bizim sürücülərin də öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq olar: "Ölkəmizdə, xüsusən Bakıda avtoxuliqanlıq məsələsini müzakirə edəndə həmişə fikir
Bakıda GP2 seriyasının təsnifat mərhələsi trasdakı bordürlərə görə təxirə salınıb. May.Az Trend-ə istinadən xəbər verir ki, GP2 təsnifatı başladıqdan bir dəqiqə sonra trasda qırmızı bayraqlar qaldırılıb. Beynəlxalq Avtomobil Federasiyası (FIA) elan edib ki, yürüş direktoru Çarli Uaytinq trekin hər döngəsində bordürlərin möhkəmliyini yenidən yoxlayacaq. GP2-nin təsnifat mərhələsi "Formula
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki
Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb. "Mercedes" pilotu Luis Hamilton "Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşlərdə komanda yoldaşı Niko Rosberqin rekordunu təzələyib. May.Az-in məlumatına görə, 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş
Aprel döyüşləri zamanı Azərbaycanın işğal olunmuş ərazilərinin bir qismini tərk edən sadə ermənilər geri qayıtmayıb. May.Az Publika.az-a istinadən xəbər verir ki, Ermənistanın "Aykakan jamanak” qəzeti insanların əksəriyyətinin İrəvana və xarici ölkələrə getdiyini yazıb. Əhalinin müəyyən hissəsi isə işğal olunmuş Şuşa və Xankəndində yerləşib. Hökumət nümayəndələri nə qədər məcbur etsə də,
Qoç - Məsuliyyətli olmalısınız. Əks təqdirdə bir sıra problemlərlə üzləşəcəksiniz. Buğa - Hansısa ciddi problemlə rastlaşmağınız gözlənilmir. Görüşdüyünüz şəxslər həyata daha pozitiv baxmağınıza səbəb olacaqlar. Əkizlər - Üzərinizə düşən işləri indidən planlaşdırın. Hər bir məsələdə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq etməyin. Xərçəng - Yeni işlərə başlamaq üçün uyğun dövr deyil. Bəxt
"Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında I sərbəst yürüşlərdə maksimum sürət 351 km/saat təşkil edib. May.Az Trend-ə istinadən bildirir ki, bu nəticəni "Williams"ın finlandiyalı pilotu Valtteri Bottas göstərərək Formula 1-in şəhər traslarında maksimum sürət üzrə rekordunu müəyyənləşdirib. "Mercedes"in pilotu Luis Hamilton isə ən yüksək orta
ANS tv-nin aparıcı əməkdaşlarından olan Ləman Ələşrəfqızı özünün fecebook hesabında status yazıb. Onun bu statusundan belə başa düşmək olar ki, jurnalist işlədiyi teleşirkəti tərk edib. Musavat.com L.Ələşrəfqızının həmin statusunu təqdim edir: "20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını