18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Manaf Ağayev: “Minnəti olsun ki, oğluma ərə gəlir”

Manaf Ağayev: “Minnəti olsun ki, oğluma ərə gəlir”
Manaf Ağayev: “Minnəti olsun ki, oğluma ərə gəlir”


"Oğullarım ağıllı, səviyyəli, şəxsiyyətdir. Elçi getmək istəyəndə bilsəm "yox” deyiləcək o qapıya getmərəm. Onları heç kimin qarşısında alçaltmaram. Kiminsə minnəti olsun ki, oğluma ərə gəlir”.

May.Az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Hər şey daxil” verilişində deyib.

İfaçı bildirib ki, ailə quran zaman madiyyata önəm vermək lazımdır:

"Adam var ki, evlənir. Nə işi, nə də evi var. O zaman nə xoşbəxtlikdən söhbət gedə bilər?”.

Qızı Səmayədən söz açan M.Ağayev toy ərəfəsində ona verdiyi cehizdən danışıb:

"Qızımın bütün cehizlərini verdim. Qarşılığında ona qızılını aldılar, bunlar təbii olan şeylərdir. Qız verib-alanda ailə ilə maraqlanmalısan. Evlənib iki aydan sonra boşanırlar. Bunun səbəbi araşdırmamaqdan irəli gəlir. Ata-ananın yeni ailə quran ailədən ayrı olmağının tərəfdarıyam. Evin içində ev olmaz. Əgər ailədə bir oğlun varsa, hə, valideynlə qalsın. Gələcəkdə nəvəm olacaq, evimə qonaq gələcək. Evdə ara qarışacaq. Ona görə elə başdan onu ayrı evə köçürmək lazımdır. Övladlarımı evləndirmək istəyirəm, yaşım gedir. Belə getsə, özüm yenidən ailə həyatı quracam. Nəvə istəyirəm".

Müğənni həyat yoldaşına olan sevgisindən bəhs edib:

"Həyat yoldaşımla bir-birimizi dəlicəsinə sevib ailə qurmuşuq. İndi də elədir. Allaha and olsun ki, "Leyli və Məcnun” sevgisi bizim yanımızda yalan olub. Şükürlər olsun ki, seçimimdə yanılmamışam, çox xoşbəxtəm. İki-üç dəfə elçi getdik. Aranı qatanlar var idi. İndi onlar bu həyatda yoxdular. Nişan zamanı arada çaxnaşma düşdü. Allah ölənlərə rəhmət eləsin, atam kənddə çox sayılıb-seçilirdi. Özü kimi üç-dörd ağsaqqalla elçi getdi. Atama dedilər yenə gəlin. Ondan sonra mənə dedi ki, "sənə demirəm alma, ancaq qaçırt. Məni o qapıya birdə yollama”. O da mənim kimi bicbala idi. Səhər saat 9-da həyat yoldaşımı qaçırdım”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница