Xocalı soyqırımında çəkilən fotonun qəhrəmanı 28 il sonra - Video
Video 676

Xocalı soyqırımında çəkilən fotonun qəhrəmanı 28 il sonra - Video

Xocalı soyqırımında çəkilən fotonun qəhrəmanı 28 il sonra - Video


Son günlər sosial şəbəkədə illər əvvəl Xocalıda çəkilən uşağı bağrına basan kişinin şəkli daha çox yayımlanır.

MAY.AZ xəbər verir ki, "Xəzər xəbər" şəkildəki İlham Quliyevlə süjet hazırlayıb. O, fotoda bağrına basdığı yaş yarımlıq Samirdən danışıb.

O bildirib ki, uşaq atasının əmisi oğlunun nəvəsi olub:

"Demişdim ki, uşağı salamat çatdıracam, amma edə bilmədim. Qucağımda öldü".

Soyqırımda balaca Samirlə yanaşı onun babası, nənəsi, əmisinin ailəsi və atası da qətlə yetirilib. Ailədən ancaq 3 aylıq hamilə olan ana və körpəsi qalıb. Uşağın anası bildirib ki, oğluna güllə dəyib.

Hazırda 56 yaşı olan İ.Quliyev fotonun xarici bir jurnalist tərəfindən lentə alındığını söyləyib.

Son xəbərlər