Gündəmi alt-üst edən şəkillə bağlı açıqlama: "Şirkətimiz yeni və möhtəşəm dizayn ilə"... (FOTO)
Xeberler 1 100

Gündəmi alt-üst edən şəkillə bağlı açıqlama: "Şirkətimiz yeni və möhtəşəm dizayn ilə"... (FOTO)

Gündəmi alt-üst edən şəkillə bağlı açıqlama: "Şirkətimiz yeni və möhtəşəm dizayn ilə"... (FOTO)


Bir neçə gündür ki, üzərində tülpanlar olan mavi kostyumlu şəxsin geyimi sosial şəbəkələrdə geniş müzakirə olunur. "Qafqazinfo” xəbər verir ki, şadlıq sarayında çəkilmiş foto istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Sözügedən şəkli paylaşan izləyicilər kostyumdakı güllərlə bağlı məzəli statuslar paylaşıblar. Hətta fotonu paylaşanlar arasında məşhurlar müğənnilər də olub.

Fotodakı şəxsin müğənni olduğu iddia edilsə də, daha sonra məlum oldu ki, əslində bu geyimləri Bakının məşhur gül dükanlarından biri işçiləri üçün sifariş verib.

Sosial şəbəkələrdə gülüş obyektinə çevrilən fotolarla bağlı həmin şirkət rəsmi hesabında belə bir açıqlama yayıb:

"Şirkətimiz həmişə olduğu kimi öz yeni və möhtəşəm dizayn ilə yenidən gündəmi alışdırdı. Sözsüz ki, keyfiyyətimizi daha da çoxaltmaq üçün bizi sevən və dəstəkləyən hər kəsə iş keyfiyyətimizi önə çəkəcək şəkildə gördüyümüz və ərsəyə gətirdiyimiz işləri sizlərlə ardı-ardıcıllıq ilə paylaşırıq.

Qeyd: Ən əsası işimizə dırnaq arası baxan dostlarımıza xüsusi təşəkkürlərimizi və sayğılarımızı göndəririk!”

Gündəmi alt-üst edən şəkillə bağlı açıqlama: "Şirkətimiz yeni və möhtəşəm dizayn ilə"... (FOTO)


Bu məqamda onu da qeyd edək ki, tənqid olunanan kostyumlara hazırda xarici onlayn satış mağazalarında 99.99 dollara rast gəlmək mümkündür.

Bir müddət əvvəl gözəllik salonunun reklam çarxı ilə bağlı da eyni hadisənin yaşandığını nəzərə alsaq, bu kimi reklam kampaniyalarının şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadığını deyə bilərik. Məsələni şərh edən PR mütəxəssisi Vüqar Babanın sözlərinə görə, bu tip şirkətlərin reklam edərkən məqsədləri əsas qiymətləndirmə amili olmalıdır:

"Qarşılarına qoyduqları hədəfə uyğun marketinq və ya PR nöqteyi nəzərdən analiz etmək olar. Mən dəqiq məqsədlərini bilmirəm, amma fərz etsək ki, bu şirkətlər üçün əsas olan tanınmaq, hər kəsin onlar barədə danışmasıdırsa, o zaman demək olar ki, əla iş görüb, istədiklərini bacarıblar. Çox adam onlardan danışır.
Suallar verilir ki, bu, səviyyəli reklamdırmı? Bu suala da sualla cavab verərdim ki, bütün məhsulları səviyyəli olduğu üçünmü alırıq?

Ən azı ilk etapda populyar olmaq hədəflərinə çatıblar. Ölkədə bu şirkətləri tanıyanların sayı dəfələrlə artıb. Yəqin ki, bu artım onlara müştəri olaraq da geri dönəcək.

Səviyyəli olmaq kimi bir problemləri olsa, növbəti etapda bunun üçün də müəyyən fəaliyyətlər edə bilərlər (reklam çəkə, aksiyalar edə). Məşhur olduqları üçün bundan sonra atacaqları səviyyəli addımlar da diqqət mərkəzində olacaq. Amma bu reklamlar sayəsində bu qədər məşhur olmasaydılar səviyyəli fəaliyyətləri də heç kəsin diqqətini çəkməyəcəkdi”.

PR mütəxəssisi son olaraq qeyd edib ki, insanlar məşhur olan yerlərdə olmağı, məşhurlarla yanaşı olmağı sevir:

"Bəzi müğənnilər də var - ictimaiyyət onları səviyyəsiz deyə qiymətləndirir. Eləcə də, media. Amma məhz o ictimaiyyət səviyyəsiz dediyi müğənnilərə minlərlə pul xərcləyir ki, təki gəlib o "səviyyəsiz" dediyi müğənni onun toyunda 3 mahnı oxusun. Deməli, səviyyəsiz olmaq uğusuz olmaq demək deyil”.

Gündəmi alt-üst edən şəkillə bağlı açıqlama: "Şirkətimiz yeni və möhtəşəm dizayn ilə"... (FOTO)

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив