^
U

Ermənistan təxribata hazırlaşır – Hərbi ekspert


Ermənistan tərəfindən Azərbaycanın mövqelərinin müşahidə edilməsinin artması halları ermənilərin ön xətdə yerləşən hərbi hissələrinin bezikmiş şəxsi heyətinə “qorxma-qorxma” demək məqsədi daşıyır.

MAY.AZ xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin son uğurlu əməliyyatları düşmən ordusunun psixologi durumuna ağır zərbə vurub:

“Ümumiyyətlə, son dönəmlərdə cəbhə xəttində vəziyyət gərgindir. Gərginliyin artmasının əsas səbəbi də ermənilərin Naxçıvan istiqamətində təxribatlara əl atması, Ağdam və digər işğal edilmiş ərazilərdə yanğın törətmələridir. Baş nazir Nikol Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərməsi, eyni zamanda, Daxili Qoşunları ön xəttə dislokasiya etməsi də bura daxildir. Bunlar Ermənistanın cəbhədə gərginliyi artırmasına xidmət edir.

Ehtimallar var ki, yaxın aylarda Ermənistan Azərbaycana qarşı daha ciddi təxribatlara əl atacaq. Ön xəttə əlavə qoşun göndərmələri, Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin döyüş bölgələrinə artan səfərləri də bunu göstərir. Digər yandan, yaxın günlərdə Ermənistan televiziyalarında da yayımlandı ki, Qarabağda uzaq mövqeləri müşahidə etmək üçün kameralar quraşdırılır. Bu, o ehtimalı yaradır ki, Ermənistan yeni təxribatlara hazırlaşır”.

Rəşad Süleymanovun qənaətinə görə, Nikol Paşinyan fiaskoya uğramış Serj Sərkisyan rejiminin qarşısında özündən qəhrəman obrazı yaratmağa çalışır:

“Paşinyanın bütün hazırlıqları da bura yönəlib. Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycan Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Naxçıvan istiqamətində uğurlu əməliyyatlar keçirdi. Yəni, Azərbaycan ordusu Ermənistanın baş nazirinə qulaqburması verib. Buna görə də Paşinyan öz itirdiyi nüfuzunu geri qaytarmaq üçün bu kimi addımlar atır. İyul-avqust ayları ərzində cəbhə xəttində vəziyyət gərgin olacaq”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Davit Tonoyandan sonra ötən gün işğal edilmiş Azərbaycan ərazilərindəki separatçı rejimin başçısı Bako Saakyan Qarabağdan Azərbaycanın mövqelərini müşahidə edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Qarabag Oxunub: 814 Tarix: 13-07-2018, 21:05
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az