Пятница
июл 13

Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək

Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək


"Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi istiqamətində hazırlıq işləri gedir".

AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolunun Qarsdan Naxçıvana uzadılması ilə bağlı düşüncələr yeni deyil. Lakin bunu etməyə fürsət, imkan olmadı. Hesab edirəm ki, növbəsi çatdıqca bütün planlar reallaşdırılacaq. Hazırda Qarsdan Naxçıvana dəmir yolu çəkilməsi istiqamətində hazırlıqların getdiyi barədə məlumatlıyam", - səfir qeyd edib.

E.Özoral bildirib ki, Naxçıvanın güclənməsi üçün Türkiyə əlindən gələni edir: "Naxçıvanın təkcə İran yox, Türkiyə-Gürcüstan üzərindən Azərbaycanla əlaqə qurması bizim önəm verdiyimiz məsələdir. İnşallah, ən qısa zamanda layihə reallaşdırılacaq".

Похожие новости
{title
Yuxu yozmaları H hərfi
19-01-2024, 11:48
Комментарии (0)

Оставить комментарий