Среда
июл 04

Şagirdi zorlayan direktor müavini yenidən məhkəmə qarşısında

Şagirdi zorlayan direktor müavini yenidən məhkəmə qarşısında



Ali Məhkəmədə Şamaxı rayon sakini Elnur İbrahimovun (1988-ci il təv.) CM-nin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

May.Az-ın məlumatına görə, 2016-cı ilin mayın 13-də yetkinlik yaşına çatmayan qızı zorlamaqda şübhəli bilinən müəllim Elnur İbrahimov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb. Məlum olub ki, Elnur İbrahimov ailəlidir və iki uşaq atasıdır, Pirbəhli kənd orta məktəbində dörd ildir ki, dərs hissə müdiri - direktor müavini vəzifəsində işləyir.

İş materiallarına görə, 2015-ci ilin sentyabr ayında Elnur İbrahimov Şamaxı rayon Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdini zorlayıb (2000-ci il təv.).

Müəyyən edilib ki, o gecə saatlarında qızın yaşadığı evin həyətinə gəlib və zərərçəkmiş ayaqyoluna gedərkən məcbur onunla cinsi əlaqədə olub. Yetkinlik yaşına çatmayan qız hamilə qalıb və dərhal bu barədə yaxınlarına məlumat verməyib.

2016-cı ilin aprel ayında isə xəstəxanadan qızın hamilə qalması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Başlanılan araşdırma zamanı zərərçəkmiş, onun doğmaları, həmçinin şübhəli şəxs dindiriliblər.

İfadələrə əsaslanan ibtidai istintaq əvvəl şagirdin könüllü şəkildə müəllimlə intim münasibətdə olması qənaətinə gəlib, hətta məhkəmə-tibb eksperti yeddi aylıq hamilə olan qızın bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib. Lakin sonradan toplanmış sübutlar əsasında Elnur İbrahimov cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 2 il 6 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verərək, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə E.İbrahimovun əməli CM-nin 152.1-ci maddəsinə tövsif edilib və cəzası bir ilə endirilib.

Qərardan prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib və işin yenidən apellyasiya instansiyasında araşdırılmasını xahiş edib.

Ali Məhkəmə prokurorun protestini təmin edib, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən apellyasiya məhkəməsinə göndərilib.

2018-ci il aprelin 25-də Sumqayıt Apellyasiya Məhkəməsi növbəti dəfə işə baxaraq hökmün dəyişdirilməsi barədə qərar çıxarıb. Qərardan yenidən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Ali Məhkəmədə proses iyulun 10-na təyin edilib.

Комментарии (0)

Оставить комментарий