Среда
фев 08

Azərbaycanlı ekstrasens 2017-ci ildə hansı bürclərin varlanacağını açıqlayıb

Azərbaycanlı ekstrasens 2017-ci ildə hansı bürclərin varlanacağını açıqlayıb


"Bitva Ekstrosensov" yarışmasının qalibi olan Azərbaycanlı ekstrasens 2017-ci ildə hansı bürclərin nümayəndələrinin varlanacaqğını acıqlayıb.



Nəhəng maliyyə əməmliyyatları, karlı əmlakyatırma, yüksək gəlir - bütün bunlar odlu xoruz ilində mümkündür.

BAKU.WS-nin akty.ictv.ua xəbər saytına istinadən verdiyi xəbərə görə, "Bitva ekstrasensov" Ukrayna yarışmasının 2 dəfə qalibi olmuş Aəzrbaycanlı öncəgörən və astroloq Xəyal Ələkbərov hər bürc üçün maliyyə qoroskopunu tərtib edib. Onu da qeyd edək ki, Xəyal Ələkbərov Azərbaycanda kecirilən "Ekstra hiss" yarışmasının da qalibi olub.

Qoç

Artıq ilin əvvəlində qoçlar təsadüfi aliş-verişdən uzaq durmalıdırlar. Cünki, büdcəni qeyri-düzgün planlaşdırması gözlənilməz xərclərə gətirib cıxara bilər. Amma bu o demək deyil ki, odlu xoruz sizi heç nə ilə sevindirməyəcək. Ola bilsin ki, əlavə gəlir imkanları kifayət qədər çox olacaq.

Buğa

Buğalar coxdan arzusunda olduqları alış-verişi həyata keçirəcəklər. Məsələn, daşınmaz əmlak və ya avtomobil sahibi olmaq mümkündür. Buna görə də, əmin olmadığınız insanlara borc verməzdən əvvəl yaxşı-yaxşı düşünün.

Əkizlər

Odlu xoruz ili əkizlərə dəfələrlə öz kapitalını artırmağa imkan verəcək. Karyera pilləsində irəliləmə, yeni layihələr və əmək haqqının artması - bütün bunlar 2017-ci ildə realdır. Sizin önünüzdə olan yeganə əngəl özünüzə güvəniniin yetəri qədər olmamasıdır. Buna görə də, qarşınıza cəsarətli məqsədlər qoyun və hər şey alınacaq.

Xərçəng

Qənaətcil xərçənglərə 2017-ci il heç də asan olmayacaq. Bu il qəfil və köklü dəyişikliklərlə zəngin olacaq. Böyük gəlirin yerini qəfil xərc tuta bilər ki, bu da xərçəngləri daha da qənaətcil olmağa sövq edəcək. Buna görə də, bütün ili heç bir alış-verişə qıymadan təhlükəni gözləyərək keçirmək olar. Ulduzların məsləhəti - baş verənlərə asanlıqla yanaşın.

Şir

Şirlər bir cox işdə uğur qazanacaq və maliyyə vəziyyətlərini nəzərəçarpacaq dərəcədə yüksəldəcəklər. Əsas odur ki, macəra arxasınca getməyəsiz çünki, uğursuzluqla nəticələnmə ehtimalı yüksəkdir.

Qız

Əməksevər qızlar 2017-ci ildə öz cəhdlərinə görə pul ilə mükafatlandırılacaqlar. Əmək haqqının artırılması bu ilin ilk aylarından mümkündür.

Tərəzi

Bu il tərəzilər ücün ən sərfəli investisiya sahəsi özünüinkişaf olacaqdır. Amma ilin 2-ci yarısında ulduzlar daha ehtiyyatlı olmağı məsləhət görürlıər. İri həcmlər alış-verişlə zamanı pis insanlarla rastlaşma ehtimalı var.

Əqrəb

Həddən artıq qapalılıq və konservativlik maliyyə uğuruna gedən yolda sizin başlıca maneəniz ola bilər. Yeni tanışlıqlardan imtina etməyin, yeni iş tərəfdaşları axtarın, sizə tanış olmayan sahələrlə maraqlanın. Eyni işlə davamlı məşğul olsaz, zəngin və müvəffəqiyyətli olmaq şansını qaçıra bilərsiniz.

Oxatan

2017-ci ildə oxatanların maliyyə uğurunun zirvəzində qərarlaşmaları üçün bütün şansları var. Əlverişli təkliflər və perspektivli layihələr özü sizi axtarıb tapacaq. Amma ulduzlar ehtiyyatlı olmağı məsləhət görürlər, öz uğurlarınızla və nailiyyətlərinizlə öyünməyin.

Oğlaq

2017-ci ildə Oğlaqların maliyyə tərəfdən uğur qazana bilməmələrinin əsas səbəbi dəqiq planın olmamasıdır. Onlar bir sıra lazımsız işlərə sərf oluna bilər. Bundan qaçmaq ücün, yaxınlarınızla məsləhətləşməkdən qorxmayın. Kənardan söylənən fikirlər vəziyyəti düzgün qiymətlərndirməkdə yardımçı ola bilər.

Dolça

Kreativlik sayəsində dolçaların yalnız karyeralarında deyil, eləcə də maddi rifahın yaxşılaşmasında irrəliləyiş əldə edəcəklər. Bu əsasən də ilin birinci yarım ilində əks olunacaq.

Balıqlar

2017-ci il balıqlara böyük mənfəət gətirməyəcək, amma gəlirlərin stabil, əmək haqqınin isə daimi olacağını söyləmək olar. Buna baxmayaraq ulduzlar bu bürcün sadəlövh və tez inanan nümayəndələrinə dənar şəxslərə maliyyə yardımı edərkən gözüaçıq olmağı məsləhət görürlər.

Arzu Mirzəyeva

Комментарии (0)

Оставить комментарий