^
U

Sabahın HAVASI: yollar buz bağlayacaq


Bakıda və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinindəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən BiG.AZ-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hava Oxunub: 874 Tarix: 2-02-2017, 12:52
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az