^
U

Lapşin İlham Əliyevdən üzr istədi


Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycanın tələbi ilə Minskdə saxlanılan bloger Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib.

BAKU.WS-in RIA Novosti-yə istinadən verdiyi məlumta görə, bloger yazılı formada etdiyi hərəkətə görə üzr istəyib.

Qeyd edək ki, Rusiya və İsrail vətəndaşlığı olan Aleksandr Lapşin Azərbaycanın icazəsi olmadan separatçı Dağlıq Qarabağ rejiminin dəvəti ilə bu ərazidə olmuşdu. Adı Azərbaycanın "Qara siyahı"sına düşən Lapşin sonradan Ukrayna pasportu ilə Gürcüstandan Azərbaycana keçməyə müvəffəq olmuşdu.

Bundan sonra Azərbaycan blogeri "dövlət sərhədi" qaydalarını pozduğu üçün beynəlxalq axtarışa vermişdi. Bloger Minskdə saxlanılmışdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Qarabag Oxunub: 915 Tarix: 21-01-2017, 22:26
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az