Четверг
янв 19

"Dana Vüqar" azadlığa çıxdı

"Dana Vüqar" azadlığa çıxdı


Nəsimi Rayon Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Ağayevin barəsində bəraət hökmü çıxarılıb.
Vəkil bildirib ki, istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul olunub.

Qeyd edək ki, V.Ağayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, V.Ağayev kriminal aləmdə ''Dana Vüqar'' ləqəbi ilə tanındığı bildirilir.

Комментарии (0)

Оставить комментарий