Воскресенье
ноя 15

"Ermənilərin barbarlığına, vəhşiliyinə bu gün də şahidlik edirik"

"Ermənilərin barbarlığına, vəhşiliyinə bu gün də şahidlik edirik"


Məlum razılaşmadan sonra erməni mülki vətəndaşlar və yerlərdə qalmış silahlı birləşmələr işğaldan azad olunmuş ərazilərimizdən təyin edilmiş qrafik əsasında çıxmaqdadırlar, lakin biz bu prosesin gedişatında bir daha barbarlığın, vəhşiliyin və ən əsası, əldə edilmiş razılaşmaya hörmətsizliyin göstərildiyini müşahidə etməkdəyik. Eyni zamanda, ermənilər indiyədək özgə torpağında yaşadıqlarını və bu sonuncu gedişləri olduğunu yaxşı anlayırlar. Məhz son gedişdə isə evləri sanki qarət edirmişlər kimi davranırlar.

MAY.AZ bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quluyev ermənilərin Kəlbəcərdən çıxdıqları zaman evləri, sosial obyektləri, məktəbləri yandırmalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, belə bir çirkin addımlar bir daha göstərir ki, hətta tərəflər arasında qəbul edilmiş razılaşmaya baxmayaraq, erməni tərəfi bu cür qanunsuzluqları ilə tarixən etnik ayrıseçkilik, iqrçilik və s. humanizmə sığmayan fərdlər olduqlarını isbatlayırlar: "Başqa tərəfdən, ermənilərin 27-28 il boyunca qanunsuz yaşadıqları evlərdən sökdükləri qapı-pəncərə çərçivələrini və aparılması mümkün olan digər bütün vasitələri daşımaları, daşıya bilmədiklərinə isə od vurub-yandırmaları artıq dünyaya miqyasında onların kimlikləri, necə bir rüsvayçı "mədəniyyətə" malik olmaları barədə əsl gerçəklikləri nümayiş etməkdədir. Həmçinin, bütün bunlar onu da isbat edir ki, hələ birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalmış torpaqlarımızda mədəniyyət irsimizi, tarixi abidələrimizi, dini ocaqlarımızı, məscidlərimizi, pirlərimizi, dədə-baba məzarlıqlarımızı dağıdan, təhqirlərə məruz qoyan ermənilər ötən müddət ərzində bir qram da olsun dəyişməyiblər. Çünki onlar əsrlərdir ki, dəyişmirlər və dəyişməyəcəklər də. Mən sosial şəbəkədə gördüyüm bir faktı da qeyd etmək istərdim. Bir erməni məktəbli qızı oxuduğu məktəbin divarlarında azərbaycanlılara qarşı təhqir və qarğış ifadələrini qeyd edir. Yəni bu artıq erməni ailəsində böyüyən hər uşağa azərbaycanlılara qarşı təbliğ edilən nifrətin göstəicisidir".

"Yeri gəlmişkən, Prezident İlham Əliyev də bu barədə dəfələrlə çıxışlar edib və bildirib ki, işğaldan azad edilmiş kəndlərimizdə, obalarımızda binalar, evlər tamamilə dağıdılıb", deyə xatırladan siyasi ekspert bildirib ki, biz yayılan videokadrlarda bütün bunları görürük: "Biz Ağdamın necə ruhlar şəhərinə döndərildiyini, Cəbrayılın və s. bölgələrimizin necə viran edildiyini də müşahidə edirik. Əlbəttə, bütün bunlar müvafiq dövət qurumlarımız tərəfindən qeydə alınır və söz yox ki, düşmən həmin əməllərinə görə məsuliyyət daşıyır və hüquqi çərçivədə müəyyən ediləcək, hesablanacaq təzminatlarını ödəmək məcburiyyətindən yaxa qurtara bilməyəcək".

Baş redaktor əlavə edib ki, ümumiyyətlə, erməni tərəfindən hər hansı bir humanizm addımını, qanunlara, qaydalara, qərarlara hörmət bəslədiyini elə də ciddi şəkildə gözləməyə dəyməz: "44 gün davam edən Vətən müharibəsi dövründə üç dəfə qəbul olunmuş humanitar atəşkəsin hər biri cəmi bir neçə dəqiqə sonra işğalçılar tərəfindən pozuldu, mülki insanlarımız hədəfə çevrildi və inanırıq ki, onlar buna görə də mütləq hüquqi cəzalarını alacaqlar. Buna şübhə etmirik. Hətta döyüş meydanında qalmış cəsədlərin dəyişdirilməsi yönündə Azərbaycan tərəfinin verdiyi birtərəfli təklifi belə mənfur düşmən tərəfindən qəbul olunmadı və belə bir faktlar ermənilərin qeyri-humanistlik davranışlarının bariz sübutlarıdır".

Комментарии (0)

Оставить комментарий