Четверг
май 07

Azərbaycanda koronavirusdan sağalanların sayı 1 551 nəfərə çatdı

Azərbaycanda koronavirusdan sağalanların sayı 1 551 nəfərə çatdı


Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə MAY.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1551 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Комментарии (0)

Оставить комментарий