^
U

İspaniya koronavirus böhranını Dünya Müharibəsinə bənzətdi


İspaniyanın müdafiə naziri Marqarita Robles koronavirusun yayılması ilə əlaqədar yaranan böhranı Dünya Müharibəsinə bənzədib.

MAY.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Mundo" qəzeti yazır.

O, hazırda həmkarlıq etməyin və insanları xilas etmək üçün çalışmağın vacibliyini vurğulayıb.

"Biz Dünya Müharibəsinə bənzər tarixi yazmaqdayıq. Bu, indiyədək görünməmiş bir vəziyyətdir", - deyə Robles qeyd edib.

Xatırladaq ki, İspaniyada 130 mindən çox adam koronavirusa yoluxub, 12 mindən çoxu bu xəstəlikdən ölüb.

Son məlumatlara əsasən, ümumilikdə dünyada 1,2 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 64 mindən çox adam koronavirusdan dünyasını dəyişib.

Natəvan Baxşiyeva
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 558 Tarix: 6-04-2020, 13:21
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az