^
U

Putin özünü koronavirusdan qorumağa çalışır


Moskva hökuməti virus səbəbiylə evdə qalmaq göstərişinə əməl etməyən insanları smartfona yüklənmiş App vasitəsilə izləməyə başladığı bir vaxt, Kreml çərşənbə günü prezident Vladimir Putinin özünü koronavirusdan qorumaq üçün tədbirlər gördüyünü bildirib.

Kreml keçən həftə Putinlə görüşən bir həkimə yoluxucu virus diaqnozu qoyulduğunu və prezidentin çərşənbə günü hökumət iclasını video-konfrans vasitəsilə keçirəcəyini bildirib.

MAY.AZ virtualaz.org-a istinadən bildirir ki, keçən həftə Putini Moskvanın əsas koronavirus xəstəxanası ilə tanışlıq edən Denis Protsenko Rusiya liderinə əl verib. Protsenko hazırda özünü kabinetində təcrid edir.

Putinin sağlamlığının yerində olduğunu deyən Kreml prezidentin indi digər insanlardan uzaq durmağa və uzaqdan işləməyə üstünlük verdiyini bildirib.

Bu arada Vladimir Putin bazar ertəsi Donald Trampla telefonla virusla mübarizə yollarını müzakirə edərkən ABŞ-a yardım təklif edib. İnterfaks xəbər agentliyinin məlumatına görə, Tramp bu humanitar yardımı minnətdarlıqla qəbul edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: koronavirus
Bölmə: Sağlam ol Oxunub: 558 Tarix: 2-04-2020, 16:12
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az