Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır - ARAŞDIRMA


Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır - ARAŞDIRMA



Velosipedin sağlamlığımız üçün çox faydalı olduğunu və oynaqlar üçün qaçışdan daha faydalı olduğu deyilir. Ancaq son araşdırmalara görə, velosiped sürmək qadınlar üçün heçdə yaxşı fikir deyil.

Medicina.azxəbər verir ki, ingilis ginekoloq Pradnya Pisal'in sözlərinə görə, həm kişilər, həm də qadınlar velosiped sürərkən cinsiyyət orqanlarında müəyyən bir narahatlıq hiss edə bilərlər. Ancaq qadınlardadaha ciddi problemlər yarana bilər.

Velosiped sürərkən cinsiyyət sahəsinə tətbiq olunan təzyiq, vaginanın şişməsinə, qıcıqlanması və sidik kisəsində problemlərə gətirib çıxarır. Bunun səbəbi, velosiped sürərkən qadının ümumi bədən çəkisinin 40% -ni vaginanın üzərinə düşməsidir.

Qadın velosipedçilər arasında ən çox rast gəlinən problemlər arasında səpkilər, ağrı, həssaslıq, uyuşma, vağına ağzının genişlənməsi, vaginanın qıcıqlanması, vaginal infeksiya və sidik yollarının infeksiyasıdır.

Daha əvvəl edilən araşdırmalarda P.Pisalın araşdırmasını təsdiq edir. Belə ki, həftədə velosipedlə 100 mildən çox məsafə qət etmək cinsi istək hissini azaldır. Artan ağrı və uyuşma da cinsi disfunksiyaya səbəb olur.

Mütəxəssislər bəzi qadınların daha rahat velosiped sürmək üçün hətta əməliyyat etdirdiyini bildirir. Son illərdə bu qadınların sayının artdığını söyləyirlər. Bu ağrılı cinsiyyət əməliyyatı sürtünmə və əzilmənin qarşısını almaq üçün vaginanın içərisindən bir hissəsini kəsib çıxartmaqdan ibarətdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
нравится0
не нравится0
00
Bölmə: Qadın dünyası Oxunub: 116 Tarix: 8-11-2019, 23:52
Добавить комментарий
Ваше имя:*
Ваш e-mail:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Введите код: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
İstifadeci paneli
Youtube səhifemiz