Вторник
июл 23

Qadın ərini ona QİÇS yoluxdurduğuna görə məhkəməyə verir - Tarixdə ilk

Qadın ərini ona QİÇS yoluxdurduğuna görə məhkəməyə verir - Tarixdə ilk



Qadın ərini ona HİV virusu yoluxdurduğuna görə məhkəməyə verib.

Britaniyada qadın ona cinsi əlaqə nəticəsində QİÇS yoluxduran həyat yoldaşından məhkəməyə şikayət edib.

Adı mətbuata açıqlanmayan 36 yaşlı qadın ərini bu səbəbdən məhkəməyə verən ilk qadın kimi tarixə düşüb. O, ərindən 50 min fund-sterlinq təzminat tələb edir.

Hazırda ərindən ayrılan qadın bildirib ki, əri özü də QİÇS-ə yoluxduğundan xəbərsiz olub.

Qeyd edək ki, QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) cinsi yolla yoluxan xəstəlikdir. Demək olar ki, müalicəsi yoxdur. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

milli.az

Комментарии (0)

Оставить комментарий