Пятница
апр 05

Çillər və ləkələrə qarşı maska

Çillər və ləkələrə qarşı maska


Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər.

BiG.AZ xəbər verir ki, çil və ləkələrə qarşı həm də evdə hazırlanan təbii maskalardan da istifadə edə bilərlər.

Təzə cəfəri şirəsindən də ağardıçı vasitə kimi istifadə etmək olar. Hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış cəfərinin üstünə 0,5 stəkan qaynar su tökür, soyuduqdan sonra süzür və tez-tez çillər olan yerlərə sürtürlər.
Çilləri durulaşdırılmış hidrogen-peroksid məhlulu ilə də aparmaq olar. Bunun üçün 2 xörək qaşığı 3— 6%-li hidrogen-peroksid məhlulunu 1 çay qaşığı kartof unu ilə qarışdırır və alınmış sıyığı çillərin üstünə sürtürlər. O quruyandan sonra üzü i limon şirəsi, ya da qaragilə şirəsi (1 stəkan suya 1 çay qaşığı şirə) tökülmüş su ilə yaxalayırlar. Əgər dəri xarici qıcıqlandırıcılara həssasdırsa, onda maskadan istifadə etmək daha yaxşıdır.

Əgər çillər çox tünd, ya da çoxdursa, onda dərinin rəngini yerkökü şirəsi ilə düzəltmək olar, bunu gündə iki dəfə — axşam və səhərlər sürtürlər. Şirə quruyandan sonra üzu təzə süd qatılmış su ilə (1 stəkan suya 1 xörək qaşığı süd) yaxalayırlar.

Nəzərə çarpan nəticəni almaq üçün yuxarıda göstərdiyimiz müalicə uzun müddət aparılmalıdır, Müalicəyə qışda (yanvarın axırı, fevralın əvvəli), çillər tamam yox olduqda başlamaq lazımdır.

Bəzən alında, gicgahlarda ya da yanaqlarda, adətən, sarı, ya da tünd-qəhvəyi rəngli ləkələr əmələ gəlir. On­ların da ağardılması üçun çillərdə olan müalicəni aparmaq olar. 5%-li üzüm sirkəsi və qatıq ilə qoyulan kompreslər də yaxşı təsir göstərir. Onu belə eləyirlər: tənzif parçasını sirkədə isladıb ləkənin üstünə qoyur və 10 dəqiqədən sonra onu kötürüb həmin yerə un qarışdırılmış qatıqdan (1/4 stəkan qatığa 1 çay qaşığı un) kompres qoyur və 10 dəqiqə saxlayırlar. Əgər dəri sirkəyə çox həssasdırsa, onda kompresi ancaq qatıqla qoymaq olar. Birinci həftə kompresi hər gün, ləkələr ağarandan sonra isə həftədə bir dəfə eləyirlər. Bundan başqa, ləkələr üzə çıxmağa başlayanda sifəti günəş şüalarından qorumaq, bahar gələndə isə üzə mütləq günəşdən qoruyucu kirşan çəkmək lazımdır.

Ləkələrdə olduğu kimi, çillərdə də qidanın tərkibi C,B və PP vitaminləri ilə zəngin olmalıdır.

Комментарии (0)

Оставить комментарий