Четверг
окт 22

Təşviş və bədbinlik hiss etdikdə nə etməli? - 10 dəqiqəlik metod

Təşviş və bədbinlik hiss etdikdə nə etməli? - 10 dəqiqəlik metod


Həyəcan, təşviş, qorxu, bədbin fikirlər, şübhələr, təşviş pozuntusu, əsəb, gərginlik, fikir – anidən heç nədən gəldiyi kimi gedir və ya tez-tez insanın beyninin, ürəyinin qonağı olur.

Bu gün insanlıq Serotonin – xoşbəxtlik hormonu uğrunda mübarizə aparır. Çünki bu gün bizə lazım olan budur.

BiG.AZ Medicina.az-a təşviş, ani bədbinlik ruh halı ilə cəmi bir neçə dəqiqəyə mübarizə aparıb, fikri dəyişməyin asan yolunu təqdim edir. Qeyd edək ki, bu metod sınanıb.

Serotonini artırmaq üçün beyin sakit olmalı, xoş düşüncələr daha çox olmalı, buna bağlı olaraq bağırsaqlar düzgün işləməli, həzm normal getməli və siz sağlam, dadlı qidalar yeməlisiz.

Əgər günün hansısa saatında sizi təşviş bürüdüsə, belə edin.

Dərhal küçəyə, sakit bir yerə çəkilib gəzin və ətrafda baş verən hadisələrə, əşyalara, insanlara baxın. O an orda olun.
Sonra beyninizdə bu vaxta kimi həyatınızda və indi təşəkkür edəcəyiniz səbəblər sadalayın.

Bu sizin ailəniz, işiniz, valdeyniniz, sevginiz, eviniz, uşaqlarınız, əliniz, ayağınız, gözünüz, cibinizdəki pulunuz, ürəyiniz, nəfəsiniz- ağlınıza nə gəlirsə, nə qədər bacarırsız, sadalayıb, buna görə ürəkdən şükr və minnətdarlıq bildirin.
Yaxşı olar ki, konkret olaraq 20-30 səbəb tapasız.

Küçədə gördüyünüz hər bir gözəlliyə, ağaclara, insanlara, günəşə, kollara, mavi səmaya görə şükr edin. Minnətdar olmalısız ki, indi bu an öz ayaqlarınız üzərində gəzərək, bu mənzərəni gözlərinizlə seyr edirsiz. Halbuki sizin bu halınızda, yerinizdə olmaq istəyən minlərlə insan var.

Yaddaşınızın ən dərin qatlarından həyatınızın ən kicik uğurlarını, nemətlərini tapıb çıxarın, onlara görə şükr edin. Bunları kiçik bloknota da yaza da bilərsiz.

Görəcəksiz ki, siz düşündüyünüzdən də yaxşı vəziyyətdəsiz və heç də beyninizin diktə etdiyi kimi qorxulu deyil.
Beyninizi bu fikirlərlə 5-10 dəqiqə məşğul etdikdə, təşviş size tərk edəcək.

Bu məşqlər serotonini də artırır. Bir də təşvişə düşən kimi mütləq şirin bir qida və ya şirin çay için. O da kömək edir.
Əsas odur beyinin fikirlərinin yönünü dəyişəsiz.

Похожие новости
Комментарии (0)

Оставить комментарий