Понедельник
янв 22

Ölümündən sonra “İsmayıl”ın cibindən nə tapılmışdı?

Ölümündən sonra “İsmayıl”ın cibindən nə tapılmışdı?


Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdamda anadan olub. Aktyorun 46 illik ömrünün 35 ili kinoda keçib. 11 yaşında ikən “Görüş”filmində rol alan balaca Ceyhun,cəmi bir il sonra Azərbaycan tamaşaçısı üçün unudulmaz olan “Ögey ana” filminə çəkilir. O bu filmdə yaratdığı İsmayıl obrazı ilə yaddaşlara həkk olunur.

Ceyhun Mirzəyevin kino fəaliyyətini iki hissəyə bölmək olar: “Ögey ana” filmindəki İsmayıl və “Fəryad”dakı İsmayıl.

Qəribədir ki, “Ögey ana” filminin baş rollarını canlandıran Nəcibə Məlikova və Ceyhun Mirzəyevin taleləri,elə onların filmdəki obrazları ilə üst-üstə düşürdü. Belə ki, Ceyhun Mirzəyev ögey ananın himayəsində ögey bacısı ilə yaşamışdı. Nəcibə xanım da eynilə filmdəki kimi ögey övladın anası olmuşdu.

Ata-anasını itirməsi Ceyhunun həddən artıq kövrək insan kimi yetişməsində rol oynamışdı. Aktyorun həyat yoldaşı Lidiya xanım Ceyhun Mirzəyev haqda danışarkən deyirdi ki, o, uşaq kimi tez inciyən, kövrək, qəlbiyuxa adam olub:

“Ceyhun o qədər ürəyiyumşaq, kövrək adam idi ki,hamıyakömək etməyə çalışırdı. Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli haqsızlıqlar da olmuşdu. Bir müddət yaradıcılığında fasilə yaranmışdı. Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər”.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:


Комментарии (0)

Оставить комментарий