Среда
фев 08

Sürücünü ağladan yol polisinin FOTO-su yayıldı

Sürücünü ağladan yol polisinin FOTO-su yayıldı


Ölkə.az bir neçə gün öncə Sabirabadda sürücünü ağladan keçmiş yol polisi Elvin Mövlanovun fotosunu əldə edib.

Xatırladaq ki, hadisə DYP-nin Sabirabad postunda baş vermişdi. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkmiş və bu görüntülər sonradan sosial şəbəkələrdə yayılmışdı. Mövlanov isə məsələylə bağlı açıqlamasında sözügedən videodan xəbərsiz olduğunu iddia etmişdi: "O videonu yayanı tapsam ölüsünü trasa qoyacağam".

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi yaydığı açıqlamada hadisə zamanı 99 YP 965 dövlət nömrə nişənlı DYP avtomobilində xidmət aparan hər iki şəxsin işdən azad edildiyi bildirib.

BAKU.WS

Sürücünü ağladan yol polisinin FOTO-su yayıldı

Комментарии (0)

Оставить комментарий