^
U

"iPhone 7" və "iPhone 7 Plus" təqdim olundu (VİDEO, FOTO)


"iPhone 7" və "iPhone 7 Plus"un təqdimatı baş tutub.

May.Az-in məlumatına görə, "iPhone 7" 4.7 düym, "iPhone 7 Plus" isə 5.5 düym retina ekran ilə bazara girir. Yeni ekran panelləri daha genişdir və 25% daha çox parlaqdır.

Yeni "iPhone" olduqca yüksək funksiyalarla təchiz olunub. Telefonlar "A10 Fusion" adlı dörd nüvəli yeni çip tərəfindən dəstəklənir. Yeni telefon oyunlar üçün yüksək keyfiyyətli görüntü təqdim edəcək. "iPhone 7"lər 32, 128 və 256GB yaddaşla satışa çıxarılacaq. Telefonun qara, qızılı, gümüş və tünd qızılı rəng variantları var.

Hər iki modelin kamerası da optik görüntü sabitləyici xüsusiyyətlərə sahib olacaq. 1,8 diafraqmlıq 12 megapiksel gücündə kamera dəqiq görüntü əldə etmək üçün mükəmməl imkan yaradacaq. Yeni "ISS çip", "2x optik zoom" ilə isə yüksək keyfiyyətli fotoları çəkmək mümkün olacaq.

"Apple" şirkətindən bildirilib ki, "iPhone 7 Plus" sələfinə görə gündə bir saat daha çox enerji saxlaya biləcək. Bu enerji "Apple" şirkətinin açıqladığı rəqəmlərə görə 60 saat səsli danışıq və 13 saat "LTE" internetdən istifadəyə imkan yaradacaq.


"iPhone 7" 649 dollar, "iPhone 7 Plus" isə 749 dollardan satışa çıxarılacaq.

Şahin Həbibov

"iPhone 7" və "iPhone 7 Plus" təqdim olundu (VİDEO, FOTO)
"iPhone 7" və "iPhone 7 Plus" təqdim olundu (VİDEO, FOTO)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: iPhone 7, iPhone 7 Plus, Apple, telefon
Bölmə: Texnologiya Oxunub: 1 000 Tarix: 8-09-2016, 11:27
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az