Пятница
сен 06

Feysbuk yeni tanışlıq xidməti istifadəyə verdi

Feysbuk sosial şəbəkəsi "Dating" adlı yeni tanışlıq xidməti istifadəyə verib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilib.

Xidmət hələ ABŞ, bir sıra Latın Amerika ölkələri və Cənub-Şərqi Asiyada aktivdir.

"Facebook Dating"də 18 yaşı tamam olmuş hər bir istifadəçi hesab aça bilər. Yeni xidmətdə İnstaqramdakı paylaşımları da bölüşmək mümkün olacaq.

Tanışlıq xidməti tezliklə Argentina, Braziliya, Kolumbiya, Meksika, Sinqapur, Tailand və Vyetnamda aktivləşəcək. Avropa sakinləri isə ondan yalnız 2020-ci ildə yararlana biləcək.

Комментарии (0)

Оставить комментарий