^
U

iCloud Qayda Və Şərtləri


iCloud-a xoş gəldiniz

SİZİN VƏ APPLE-İN ARASINDA OLAN BU QANUNİ SAZİŞ SİZİN iCLOUD MƏHSULUNDAN, PROQRAM TƏMİNATINDAN, XİDMƏTLƏRDƏN İSTİFADƏNİZİ TƏNZİMLƏYİR (BİRLİKDƏ “XİDMƏT” ADLANDIRILACAQ). AŞAĞIDAKI ŞƏRTLƏRİ OXUYUB ANLAMAĞINIZ ÇOX VACİBDİR. “RAZIYAM” KLİKLƏMƏKLƏ XİDMƏTƏ DAXİL OLMAQ VƏ YA İSTİFADƏ ETMƏYİ SEÇMƏKLƏ BU ŞƏRTLƏRİN TƏTBİQ OLUNACAĞINA RAZILIQ VERİRSİNİZ.

Apple yalnız bu Sazişdə nəzərdə tutulmuş şərtlər altında sizin müəyyən İnternet xidmətlərindən istifadənizə, şəxsi məlumatlarınızın saxlanmasına (əlaqələr, təqvimlər, şəkillər, qeydlər, xatırlatmalar, sənədlər, proqram məlumatları və iCloud e-poçtu) icazə verən və onların uyğun cihaz və kompüterlərdə və məkan əsaslı xidmətlərdə istifadəsini mümkün edən Xidmət provayderidir. Cihazı yeniləşdirməyənə və əvvəllər iCloud-u aktivləşdirməyi seçməyənə kimi siz iOS 9 və ya ən son versiyada olan qurğuları işlətdikdə və cihazın quraşdırılması zamanı Apple ID ilə daxil olan zaman iCloud avtomatik aktivləşdirilir. Siz iCloud-u Parametrlərdə qeyri-aktiv edə bilərsiniz. iCloud-u aktivləşdirən kimi sizin məzmun avtomatik olaraq Apple-a göndəriləcək və burada saxlanacaq ki, siz daha sonra bu məzmuna daxil ola və ya onu iCloud-un aktivləşdirildiyi digər cihaz və kompüterlərinizə simsiz olaraq göndərə biləsiniz.

I. XİDMƏTİN İSTİFADƏSİNƏ DAİR TƏLƏBLƏR

A. Yaş. Xidmətdən istifadə yalnız 13 və ya daha yuxarı yaşa malik (yaxud müvafiq yurisdikdiyada nəzərdə tutulan minimum ekvivalent yaş) fərdlər üçün mümkündür və sizin yaşınız 13-dən az olduğu təqdirdə, Apple İD-niz təsdiq edilmiş təhsil müəssisəsi tərəfindən verilibsə və ya valideyniniz, yaxud qəyyumunuz tərəfindən Family Sharing xüsusiyyətinin bir hissəsi olaraq yaradılıbsa mümkündür. Biz yaşı 13-dən aşağı və ya müvafiq yurisdiksiya üzrə minimum yaşa uyğun olan yaşda uşaqların şəxsi məlumatlarını yoxlanılmış valideyn razılığı olmadan bilərəkdən toplamır, istifadə etmir və ya açıqlamırıq. Valideynlər və qəyyumlar da kiçik yaşlı uşaqlara İnternetdə yad insanlarla ünsiyyət qurmağın təhlükəli olduğunu xatırlatmalı və onların Xidmətdən istifadəsinə nəzarət etmək də daxil olmaqla uşaqları qorumaq üçün müvafiq ehtiyat tədbirləri görməlidirlər.

Xidmətdən istifadə etmək üçün sizə Amerika Birləşmiş Ştatlarının qanunlarına və ya yaşadığınız və ya Xidməti istifadə etdiyiniz ölkə də daxil olmaqla digər tətbiq edilən yurisdiksiyaya əsasən Xidmətin istifadəsinə qadağa qoyulmamalıdır. Bu Sazişi qəbul etməklə siz yuxarıda qeyd edilənləri başa düşdüyünüzü və qəbul etdiyinizi ifadə edirsiniz.

B. Qurğular və Hesablar. Xidmətlərdən istifadə uyğun cihazlar, İnternetə giriş və müəyyən proqram təminatı (rüsum tətbiq oluna bilər); periodik yeniləmələr tələb edə bilər; və bu faktorların fəaliyyətindən təsirlənə bilər. Apple cihazdan yaradılan Hesabların sayını və Hesabla bağlı cihazların sayını məhdudlaşdırmaq hüququna malikdir. Tələb olunan proqram təminatının sonuncu versiyası müəyyən tranzaksiya və ya xüsusiyyətlər üçün tələb oluna bilər. Bu tələbləri yerinə yetirməyin sizin öhdəliyiniz olması ilə razılaşırsınız.

C. İstifadədə məhdudiyyətlər. Siz Xidmətdən yalnız bu Sazişin icazə verdiyi məqsədlər üçün və yalnız hər hansı tətbiq olunan qanun, nizamnamə və ya tətbiqi yurisdiksiyada ümumi qəbul edilmiş təcrübə ilə icazə verilən dərəcədə istifadə etməyə razılaşırsınız. iCloud xüsusiyyətlər səhifəsində təsvir edildiyi kimi sizin Hesaba 5GB yaddaş tutumu ayrılıb. Əlavə yaddaş aşağıda təsvir edildiyi kimi, satın almaqla mümkün olur. Buraxılış zolağının və ya yaddaş tutumunun (məsələn ehtiyat nüsxə və ya e-poçt hesabının yeri) hər hansı müvafiq və ya münasib məhdudiyyətini keçmək qadağandır və bu iCloudda ehtiyat nüsxə çıxarılmasına, sənədlər əlavə etməyə və ya sizin iCloud e-poçt ünvanına göndərilmiş yeni e-poçt məktubunu qəbul etməyə mane ola bilər. Əgər sizin Xidmətdən istifadəniz və ya digər hərəkətiniz qəsdən və ya bilməyərəkdən Apple-in Xidmətin və ya digər sistemlərin təminatına təhlükə yaradarsa, Apple-in Xidməti və Apple sistemlərini qorumaq üçün bütün müvafiq addımları atmağa səlahiyyəti var ki, bura sizin Xidmətə girişinizə xitam vermək də daxildir. Müvafiq məhdudiyyət pozğunluqları Hesabınızın bağlanması ilə nəticələnə bilər.

Əgər siz aidiyyəti qurum, aidiyyəti qurumun işgüzar tərəfdaşı və ya nümayəndəsi, yaxud işgüzar tərəfdaşsınızsa (45 Federal Qaydalar Toplusunun (FQT) § 160.103-də müəyyən edilən şərtlər üzrə) onda Siz hər hansı “qorunan sağlamlıq haqda məlumatları” yaratmaq, qəbul etmək, təmin etmək və ya ötürmək üçün iCloud komponenti, funksiyası və ya digər qurğusundan istifadə etməyəcəyinizə (45 FQT-nin § 160.103-də müəyyən edilən şərtlər üzrə), yaxud da iCloud-dan Apple-ı (yaxud hər hansı Apple Törəmə şirkətini) Sizin və ya hər hansı üçüncü tərəfin işgüzar tərəfdaşı edəcəyi qaydada istifadə etməyəcəyinizə razılıq verirsiniz.

D. Xidmətin Mümkünlüyü. Xidmət və ya onun hər hansı funksiyası, yaxud hissəsi bütün dillərdə və ya ölkələrdə mövcud olmaya bilər və Apple Xidmət və ya onun hər hansı funksiyası, yaxud hissəsinin müəyyən bir yerdə mövcud olacağına zəmanət vermir. Xidmətə daxil olmaq və istifadə etmək üçün seçdiyiniz dərəcəni öz təşəbbüsünüzlə seçirsiniz və hər hansı tətbiqi qanunla uyğunluğuna görə də məsuliyyət daşıyırsınız.

E. Xidmətin dəyişdirilməsi. Apple bu Sazişi istənilən vaxt dəyişdirmək və Xidmətdən istifadənizə dair yeni və əlavə şərtlər və ya qaydalar tətbiq etmək hüququna malikdir, bu şərtlə ki, qanuni, normativ və ya dövlət əməliyyatından irəli gələn hallara görə belə etmək, istifadəçinin təhlükəsizliyi, istifadəçinin məxfiliyi və ya texniki bütünlük problemlərini həll etmək, digər istifadəçilərdən xidmət pozuntularından yayınmaq məqsədilə; və ya təbii fəlakət, faciəvi hadisə, müharibə və ya Apple-in əsaslı nəzarətindən kənar baş verən oxşar hadisələrə görə əsaslı olmayana qədər Apple, Xidmətə və ya xidmətin müvafiq şərtlərinə istənilən maddi əks dəyişiklikdən 30 gün əvvəl sizə bildiriş verəcək. Ödənişli bulud yaddaşı xidmətləri ilə əlaqədar Apple, istifadəçinin təhlükəsizliyi, istifadəçinin məxfiliyi və ya texniki bütünlük problemlərini həll etmək, digər istifadəçilərdən xidmət pozuntularından yayınmaq məqsədilə; və ya təbii fəlakət, faciəvi hadisə, müharibə və ya Apple-in əsaslı nəzarətindən kənar baş verən oxşar hadisələrə görə dəyişiklik əsaslı hesab edilməyənə qədər cari ödəmə müddətiniz sona çatmazdan əvvəl Xidmətə hər hansı bir maddi əks dəyişiklik etməyəcək. Apple Xidmətə və ya istifadə şərtlərinə maddi əks dəyişikliklər etdiyi təqdirdə, sizing bu Sazişə və hesabınıza xitam vermək hüququnuz var, belə halda, Apple sonradan cari ödəmə müddətiniz üçün sizə istənilən ilkin ödənişin proporsional geri ödənişi ilə təmin edəcək. Apple, bu Bölmə IE-yə əsasən Xidmətə və ya xidmət şərtlərinə edilən istənilən dəyişikliyə görə qarşınızda öhdəlik daşımır.

II. XÜSUSİYYƏTLƏR VƏ XİDMƏTLƏR

A. Məkan əsaslı Xidmətlərin İstifadəsi

Apple və onun tərəfdaşları və aksionerləri GPS (mümkün olan yerdə) və kraudsors Wi-Fi giriş nöqtələri və mobil telefon qüllələrindən istifadə etməklə cihaza əsaslanan məkan məlumatından asılı olan müəyyən xüsusiyyətlər və ya xidmətləri (məs: Find My iPhone, Find My Friends) təmin edə bilərlər. Mümkün olan yerlərdə belə xüsusiyyət və xidmətləri təmin etmək üçün Apple, onun əməkdaşları və aksionerləri sizin cihazın coğrafi məkanı da daxil olmaqla olduğunuz yer barədə məlumatı, iCloud hesabınızla (“Hesab”), sizin Apple İD-niz, cihaz İD-niz və adı və cihazın növü də daxil olmaqla qeyd edilən hər hansı qeydiyyatdan keçmiş cihazla bağlı məlumatı toplamalı, istifadə etməli, göndərməli, işləməli və saxlamalıdır.

Siz məkana əsaslanma funksiyalarından istifadə etməməklə və cihazınızda Find My iPhone, Find My Friends və ya Məkan Xidmətləri parametrlərini (mümkün olduğu kimi) söndürməklə Apple, onun əməkdaşları və aksionerlərinin məkan və Hesab məlumatlarını toplamasına, istifadəsinə, göndərməsinə, işləməsiə və saxlamasına razılığınızdan istənilən vaxt imtina edə bilərsiniz. Xidmətin bir hissəsi kimi olduğu yer barədə məlumatdan istifadə edən və ya təmin edən üçüncü tərəfin xidmətlərindən istifadə edərkən siz üçüncü tərəf xidmətlərinin olduğu yer barədə məlumatların istifadəsinə dair üçüncü tərəfin şərtlərini və məxfilik siyasətini nəzərdən keçirməlisiniz. Xidmət tərəfindən təmin edilən olduğu yer barədə hər hansı məlumat dəqiq məlumatın tələb olunduğu vəziyyətlərdə və ya yanlış, qeyri-dəqiq, gecikmiş və ya natamam məkan məlumatlarının ölümlə, zədə ilə, əmlaka və ətraf-mühitə zərər yetirməklə nəticələnə biləcəyi hallarda əsaslanmaq üçün nəzərdə tutulmayıb. Apple Xidməti göstərən zaman qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcək, lakin nə Apple, nə də onun hər hansı xidmət və/yaxud digər məzmun provayderləri Xidmət tərəfindən göstərilən məkan məlumatlarının və ya hər hansı digər məlumatın mümkünlüyü, dəqiqliyi, tamlığı, etibarlılığı və ya vaxtlı-vaxtında olmasına zəmanət vermir. MƏKAN BİLDİRƏN XİDMƏTLƏR QƏZA KOORDİNAT SİSTEMİ KİMİ İSTİFADƏ ETMƏK ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB VƏ YA UYĞUN DEYİL.

B. Find My iPhone

iCloud aktivləşdirildikdə Find My iPhone avtomatik olaraq iOS 8 və ya ən son versiyanın icra olunduğu iOS cihazlarında, eləcə də iPhone-a qoşulmuş digər istənilən Apple cihazlarında aktivləşdirilir. Find My iPhone xüsusiyyəti iOS 7 və ya ən son versiyanın icra olunduğu iOS cihazlarında aktivləşdirildikdə, iOS cihazınız avtomatik olaraq Apple ID-nizlə əlaqələndiriləcək. Hər hansı bir şəxs (siz də daxil olmaqla) Find My iPhone-u söndürməzdən, iCloud-dan çıxmazdan, cihazı silməzdən və ya aktivləşdirməzdən əvvəl Apple İD parolunuz tələb olunacaq. Apple və onun səlahiyyətli nümayəndələri siz xidmətdən əvvəl Find My iPhone-u qeyri-aktiv etmədiyiniz təqdirdə Apple-in məhdud zəmanəti altındakı xidmətlər də daxil olmaqla, avadanlıq və proqram təminatı dəstəyi xidmətlərini yerinə yetirməyə bilər. Sizin iOS cihazınızı parol ilə qoruya, Lost Mode-u aktiv edə və/və ya qeydlər və əlaqələri qəbul edə və ya cavablaya bilmədiyinizə görə Apple heç bir məsuliyyət daşımır. Apple eyni zamanda iOS cihazınızı sizə qaytarmağa və ya iOS cihazınızda hər hansı məlumat itkisinə görə də məsuiliyyət daşımır.

C. Ehtiyat nüsxəçıxarma

Cihazın ekranı kilidlənəndə, enerji mənbəyinə qoşulduqda və Wi-Fi şəbəkəsi vasitəsilə İnternetə qoşulduqda, iCloud Ehtiyat nüsxəçıxarma mütəmadi olaraq iOS cihazları üçün avtomatik olaraq ehtiyat nüsxə çıxarır.; Əgər cihaz iCloud-da yüz səksən gün (180) ərzində ehtiyat nüsxə çıxarmasa, Apple bu cihazla bağlı istənilən ehtiyat nüsxələri silmək hüququna malikdir. Ehtiyat nüsxəçıxarma cihaz parametrləri, cihaz xarakteristikaları, şəkillər və videolar, sənədlər, sizin mesajlarınızı zəng melodiyası, Health proqramı və digər proqram məlumatlarını əhatə edə bilər. Əlavə məlumat üçün http://support.apple.com/en-us/HT207428 internet səhifəsinə daxil ola bilərsiniz. iTunes Store, App Store, və ya iBooks Store-dan satın aldığınız məzmun, kompüterinizdən sinxronlaşdırılmış media və iCloud Photo Library aktivləşdirildikdə foto qalereyanız iCloud ehtiyat nüsxəçıxarmaya daxil edilmir. . Kompüterinizdən sinxronlaşdırılmış medianın ehtiyat nüsxəsi çıxarılmır. Əgər siz iCloud Şəkil Arxivini aktivləşdirsəniz, Şəkil Arxivinizin ehtiyat nüsxəsi avtomatik iCloud ehtiyat nüsxəçıxarmadan ayrı çıxarılacaq. iCloud e-poçtunuz, əlaqələriniz, təqvimləriniz, əlfəcinləriniz və sənədləriniz saxlanır və iCloud vasitəsilə cihaz və kompüterlərinizdən onları əldə edə bilərsiniz. Xidmətin təchizatı zamanı Apple qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcək, lakin BU SAZİŞİN ŞƏRTLƏRİNƏ ƏSASƏN TƏTBİQİ QANUNUN İCAZƏ VERDİYİ DƏRƏCƏDƏ APPLE XİDMƏT VASİTƏSİLƏ SAXLADIĞINIZ VƏ YA MÜRACİƏT ETDİYİNİZ HƏR HANSI MƏZMUNUN BİLMƏYƏRƏKDƏN VURULMUŞ ZƏRƏR, KORLANMA, İTMƏ VƏ YA SİLİNMƏYƏ MƏRUZ QALMAYACAĞINA ZƏMANƏT VERMİR VƏ BELƏ ZƏDƏLƏNMƏ, KORLANMA, İTMƏ VƏ YA SİLİNMƏ BAŞ VERƏRSƏ, APPLE BUNA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. Məlumat və verilənlərinizin müvafiq alternativ ehtiyat nüsxəsini çıxarmaq sizin məsuliyyətinizdir.

D. Şəkillər

1. iCloud Şəkil Arxivi. iCloud Şəkil Arxivini aktivləşdirdiyiniz halda, iOS cihazınız, macOS kompüteriniz və ya Windows kompüterinizdəki şəkilləriniz, videolarınız, Şəkillər Proqramındakı metaverilənləriniz və redaktə etdiyiniz məlumatlar avtomatik olaraqyüksəldəcək, iCloud-da saxlanılacaq və sonra sizin bütün digər iCloud Şəkil Arxivi aktivləşdirilmiş cihaz və kompüterlərinizə yerləşdiriləcək. Foto və video əksolunma qabiliyyəti cihazınızın parametrlərindən və mövcud yaddaş tutumundan asılı olacaq. Siz istənilən zaman tam əks olunma qabiliyyətli şəkilləri və videoları yükləyə bilərsiniz.

2. iCloud Photo Sharing. iCloud Photo Sharing-dən istifadə edərkən, siz şəkilləri və videoları silənə kimi Apple onları saxlaya bilər. Albomları paylaşmaq üçün dəvət etdiyiniz şəxslər foto və videolara nəzər yetirə, yaddaşda saxlaya və paylaşa bilər, eləcə də, foto və videolarda dəyişiklik edə və şərh edə bilərlər. Əgər siz veb-keçid vasitəsilə şəkilləri paylaşmaq üçün iCloud Photo Sharing-dən istifadə etməyi seçsəniz, bu şəkillər veb-keçidi təqdim edən və ya ona daxil olmaq imkanı olan istənilən kəs üçün açıq olacaq. Siz ayrı-ayrı şəkilləri, videoları, şərhləri və ya bütün şəkil axınlarını paylaşılmasını dayandırmaq istəyirsinizsə, onları dərhal silə bilərsiniz. Lakin paylaşdığınız şəxslərin cihazında və ya kompüterində daha öncə saxlanılan şəkil və videolar silinməyəcək.

3. My Photo Stream. My Photo Stream-dən istifadə etdiyiniz zaman Apple sizin iOS cihazınız ilə çəkilmiş və ya kompüterinizdən yüklənmiş fotoları məhdud zaman ərzində Saxlayır və şəkillərinizi MyPhoto Stream aktivləşdirilmiş digər Apple cihazlarınıza göndərir. İCloud və ya digər cihazlarınızda istənilən zaman məhdud sayda şəkillər yaddaşda saxlanıla bilər və köhnə şəkillər zaman keçdikcə My Photo Stream-dən avtomatik olaraq silinəcək. Bu şəkilləri daimi olaraq yaddaşda saxlamaq üçün siz onları iOS cihazınızınızın kamera yaddaşında və ya kompüterinizin foto qovluğunda saxlaya bilərsiniz.

E. Family Sharing. Family Sharingilə siz , siz müəyyən iTunes Store, iBooks Store və App Store satınalmaları, Apple Music abunəçiliyi və iCloud yaddaşda saxlama xüsusiyyətlərini ailə üzvləriniz ilə paylasa bilərsiniz. Siz həmçinin təqvim , paylaşdığınız şəkil albomunu və məkanınızı ailə üzvləriniz ilə paylaşa bilərsiniz. Məzmun satınalmalarınızın paylaşılması ilə bağlı ətraflı məlumat üçün https://www.apple.com/legal/internet-services/itunes/ww/ veb-səhifəsində Apple Media Xidmətləri şərtləri və qaydalarına baxın.

F. File Sharing. iCloud File Sharing-dən istifadə etdikdə, Apple tərəfinizdən silinənədək istənilən faylları yaddaşda saxlayır. Siz paylaşdığınız faylları iCloud Drive aktivləşdirilmiş istənilən cihazınızdan əldə edə bilərsiniz.Siz digər şəxslərə bu fayllara baxmaq, yaddaşda saxlamaq, nüsxəsini çıxarmaq və ya redaktə etmək üçün icazə verə bilərsiniz. Siz bu fayllar üzərində yalnız redaktə etmək və ya baxmaq icazəsi də təqdim edə bilərsiniz. Faylları veb link ilə paylaşmaq üçün iCloud File Sharing-dən istifadə edirsinizsə, bu fayllar veb link göndərilən hər kəs üçün əlçatan olacaq. Siz faylların paylaşılmasını istənilən zaman dayandıra bilərsiniz. Paylaşımı dayandırdığınız halda fayllar paylaşılan hər bir şəxsin kompüterindən iCloud Drive-dan silinəcək. Lakin, paylaşılan şəxslərin kompüterində daha öncə yaddaşda saxlanılmış fayllar silinməyəcək.

G. Mail Drop. Əgər iCloud -a daxil olmusunuzsa və siz böyükhəcmli qoşmalarla e-poçt məktubu göndərmək üçün macOS Poçt və iCloud Veb poçtu istifadə edirsinizsə, böyük fayl köçürmələrini həyata keçirmək üçün MailDrop funksiyasından istifadə edə bilərsiniz. Mail Drop ilə sizin böyükhəcmli qoşmalarınızın sürətli çatdırılması üçün müvəqqəti olaraq iCloud yaddaşında saxlanılacaq. Göndərdiyiniz şəxsin elektron poçt tətbiqi proqramından asılı olaraq Apple həmin şəxslərə link və ya elektron poçt qoşmasının ön görünüşünü göndərəcək. Böyük həcmli elektron poçt qoşmalarının müvəqqəti saxlanması sizin iCloud yaddaş bazanıza təsir etməyəcək. Mail Drop haqqında daha ətraflı məlumat əldə etmək üçün https://support.apple.com/en-us/HT203093 Veb saytından istifadə edə bilərsiniz.

H. Üçüncü Tərəfin Proqramları. Əgər bəzi üçüncü tərəfin Proqramları ilə iCredentials identifikasiya göstəricilərinə daxil olsanız, həmin Proqrama məlumatları şəxsi iCloud hesabınızda saxlamağa icazə verməyə razılaşırsınız və Apple üçün Xidmət və bu cür Proqramlardan istifadənizlə bağlı müvafiq üçüncü tərəf Proqramı Tərtibatçısı adından bu cür məlumatları toplamaq, saxlamaq və emal etməyə razılaşırsınız. Proqramın sizin şəxsi iCloud hesabınızda saxladığı məlumat sizin yaddaş limitinizdən hesablanacaq. Belə məlumat eyni Proqram Tərtibatçısından yüklənmiş digər Proqramla paylaşıla bilər.

I. iCloud yalnız veb hesabı. Əgər siz Xidmətə yalnız veb hesabı ilə qeyri-Apple markalı cihaz və ya kompüterdən daxil olsanız, sizin ancaq məhdud saylı Xidmət funksiyalarına girişiniz olacaq. Siz 1 GB pulsuz yaddaş alacaqsınız və onu yalnız veb hesabı ilə artıra bilməyəcəksiniz. Xidmətə yalnız veb hesabdan daxil olan zamanı siz bu Sazişdə olan heç bir məhdudiyyətsiz Xidmətin istifadəsi ilə bağlı bütün tələblər, istifadəyə dair məhdudiyyətlər, mümkünlük, public beta, imtinalar və ya zəmanətlər, sizin məzmun, idarə və xitam ilə bağlı qaydalar da daxil olmaqla bütün müvafiq şərtlərlə razılaşırsınız. Yalnız veb istifadəçiləri üçün aktiv olmayan xüsusiyyətlərlə bağlı bu Sazişdə olan şərtlər sizin üçün uyğun olmayacaq. Bura məsələn, məkan bildirmə xidmətlərinin istifadəsi və iCloud yaddaş yeniləmələri üçün rüsum ödənişləri daxildir. Siz daha sonra razılaşırsınız ki, əgər nəticə etibarilə sizin olub-olmamasından asılı olmayaraq, Apple markalı cihaz və ya Apple markalı kompüterdən öz yalnız veb hesabınıza daxil olsanız, Apple avtomatik yalnız veb hesabınızı tam iCloud hesabına yeniləşdirəcək və pulsuz yaddaş tutumu da daxil olmaqla, sizi Xidmətin bütün mümkün funksiyaları ilə təmin edəcək. Əgər siz Apple markalı cihaz və ya Apple markalı kompüterdən öz veb hesabınıza daxil olmağı seçsəniz və nəticə etibarilə Xidmətin tam funksiyalarına yenilənsəniz, burada qeyd edilən bütün şərtlərin Xidmətdən istifadə ilə bağlı sizə tətbiq olunacağına razılaşırsınız. Əgər tam iCloud hesabına malik olmaq istəmirsinizsə, yalnız veb hesabınıza Apple markalı cihaz və ya kompüterdən daxil olmayın.

J. İkimərhələli Autentifikasiya və Avtomatik yığılan Zənglər/Mesajlar. Əgər Apple ID-niz üçün İkimərhələli Autentifikasiyanı aktivləşdirməyi seçsəniz, siz (a) Apple-a ən azı bir telefon nömrəsi təqdim edirsiniz; və (b) Apple-dən təqdim olunan hər hansı telefon nömrəsində avtomatik yığılan və ya əvvəlcədən yazılan zəngləri qəbul etməyə razılaşırsınız. Biz bu cür zəngləri və ya mesajları (i) daxil olduğunuz zaman Hesabınızı təhlükəsiz saxlamağa kömək etmək; (ii) parolunuzu unutduğunuz zaman Hesabınıza daxil olmağa kömək etmək; yaxud (iii) əks təqdirdə Hesabınıza xidmət üçün və ya bu Sazişi, qaydalarımızı, müvafiq qanunvericiliyi və ya sizinlə bağladığımız digər hər hansı razılaşmanı qüvvəyə mindirmək üçün yerləşdirə bilərik.

III. ABUNƏ YADDAŞI YENİLƏMƏLƏRİ

Abunə əsasında əlavə yaddaş satın almaq mümkündür.

A. Ödəniş

Cihaz və ya kompüterinizdə yaddaşı yeniləyərkən Apple avtomatik olaraq Apple İD (məs., mövcud olarsa, iTunes Store, App Store, və ya iBooks Store-da alış-veriş etmək üçün istifadə etdiyiniz ödəmə üsulu) ilə bağlı periodik ödəmə üsulu və ya sizin Ailə hesabınızla bağlı ödəmə üsulu təyin edəcək. Əgər siz Ailə təşkilatçısısınızsa, o zaman siz Apple-in yaddaşları yeniləyən Ailə üzvləriniz üçün periodik əsaslı ödəmə üsulu təyin etməsi ilə razılaşırsınız. Apple eyni zamanda köçürmə məbləği üçün də əvvəlcədən razılıq əldə edə və vaxtaşırı olaraq Apple İD-niz üzrə e-poçt ünvanına e-poçt vasitəsilə ödəniş xatırlatmalarını elan etmək və digər yaddaşla bağlı kommunikasiyalar üçün sizinlə əlaqə saxlaya bilər.

Siz cihazınızın Parametrlərindəki iCloud bölməsi vasitəsilə yaddaşınızı yeniləməklə və ya köhnə versiyaya keçməklə və ya Mac-dakı Sistem Seçimlərində iCloud panelinin altında və ya kompüterinizdə Windows üçün iCloud-da abunəliyinizi dəyişə bilərsiniz.

Yenilənmiş yaddaş planı üçün tətbiq olunacaq yaddaş haqqı dərhal qüvvəyə minəcək; yaddaş planında köhnə versiyaya keçmə növbəti illik və ya aylıq ödəniş tarixində qüvvəyə minəcək. SİZ BÜTÜN RÜSUMLARIN VAXTINDA ÖDƏNMƏSİ VƏ BÜTÜN RÜSUMLARIN ÖDƏNMƏSİ ÜÇÜN APPLE-İ ETİBARLI KREDİT KARTI VƏ YA ÖDƏMƏ HESABI İLƏ TƏMİN ETMƏK ÜÇÜN MƏSULİYYƏT DAŞIYIRSINIZ. Əgər Apple kredit kartınızdan və ya ödəmə hesabınızdan lazım olan rüsumu götürə bilmirsə, Apple sizin saxlanmış məzmuna girişinizi ləğv etmək və ya məhdudlaşdırmaq, saxlanmış Məzmununuzu silmək və ya Hesabınıza xitam qoymaq hüququna malikdir. Əgər siz başqa kredit kart və ya ödəmə hesabı göstərmək istəyirsinizsə və ya sizin kredit kartda və ya ödəmə hesabının vəziyyətində dəyişiklik varsa, bu zaman iCloud-un Hesab Məlumatı bölməsində məlumatınızı onlayn olaraq dəyişməlisiniz; Apple sizin yeni ödəmə məlumatlarınızı yoxladığından Xidmətlərə girişiniz müvəqqəti olaraq dayana bilər. Yaddaş limitinizin çatması və ya keçməsi də daxil olmaqla, hesabınızla bağlı səbəblərə görə sizinlə e-poçt vasitəsilə əlaqə saxlaya bilərik.

Müvafiq qanuna və yeniləməni alan zaman qüvvədə olan vergi tarifinə görə sizin ümumi xərclərinizə hər hansı kredit kart rüsumları və hər hansı satışlar, istifadə, mallar və xidmətlər (GST), əlavə dəyər vergisi (ƏDV), və ya oxşar vergilər də daxil olmaqla yeniləmə üçün xərclər daxil olacaq. Xidmətlə bağlı vergi qaydaları ilə tələb olunarsa, biz vergi təyin edəcəyik.

B. İmtina Hüququ

Əgər ilkin satınalmadan sonra abunənizi ləğv etməyi seçsəniz və ya istənilən yeniləmə müddətinin başlamasının ardından illik ödəniş tarifinizdəsinizsə, Müştəri Dəstəyi ilə əlaqə saxlayaraq e-poçt ilə təsdiqinizi qəbul etdikdən sonra 14 gün ərzində aydın bildirişlə (aşağıda “Ümumi” bölməsində müvafiq ünvan təfərrüatlarına baxın) Apple-a məlumat verməklə bunu edə bilərsiniz. Ləğvetmək üçün səbəbi göstərməyinizə ehtiyac yoxdur.

Ləğvetmə üzrə son tarixə qədər siz 14 günlük müddət bitməmişdən əvvəl ləğvetmə ilə bağlı məlumatı göndərməlisiniz.

Aİ və Norveçdəki müştərilərin aşağıdakı ləğvetmə modeli formasından istifadə etməklə bizi məlumatlandırmaq hüququ vardır:

Kimə: Apple Distribution International, Hollyhill Industrial Estate, Hollyhill, Cork, İrlandiya Respublikasında:

Mən bununla aşağıda qeyd olunan üzrə müqavilədən imtina etməyimlə bağlı bildiriş verirəm:

[ABUNƏ MƏBLƏĞİ VƏ MÜDDƏTİ, məs:, 200 GB AYLIQ iCLOUD ABUNƏ YADDAŞI YENİLƏŞDİRMƏSİ]

[TARİX DAXİL ET] tarixində sifariş olunub

İstehlakçının adı

İstehlakçının ünvanı

Tarix

Ləğvetmənin təsirləri

Yaddaşınızı 5 GB-ə qədər azaldacağıq və ləğvetmə ilə bağlı bildirişinizi qəbul etdiyimiz gündən sonra 14 gün ərzində ödənişinizi geri qaytaracağıq. Əgər bu müddət ərzində 5GB-dan çox yaddaşdan istifadə etmisinizsə, siz daha iCloud ehtiyat nüsxələri yarada bilməyəcək və ya yaddaşınızı azaltmayana kimi bəzi xüsusiyyətlərdən istifadə edə bilməyəcəksiniz. Əməliyyat üçün istifadə etdiyiniz eyni ödəniş üsulundan istifadə edəcəyik və bu cür geri qaytarma üçün sizdən heç bir əlavə haqq tutulmayacaq.

IV. Xidmətdən İstifadəniz

A. Hesabınız

Xidmətin qeydiyyatdan keçmiş istifadəçisi kimi siz Hesab yaratmalısınız. Öz Hesab məlumatlarınızı heç kəsə açıb deməyin. Siz Hesabınızın məxfiliyi və təhlükəsizliyi üçün və Hesabınızda baş verən bütün fəaliyyətlər üçün məsuliyyət daşıyır və Hesabınızın təhlükəsizliyinin hər hansı formada pozulması barədə dərhal Apple-i məlumatlandırmağa razılıq verirsiniz. Siz daha sonra başa düşür və qəbul edirsiniz ki, Xidmət fərdi olaraq şəxsən istifadə üçün nəzərdə tutulub və siz öz Hesab və/və ya parolunuz barədə məlumatları digərləri ilə paylaşmamalısınız. Biz qənaətbəxş bacarıq və lazımi dərəcədə ehtiyatlılıq göstərəcəyik, lakin Apple bu qaydalara əməl etməməniz nəticəsində Hesabınızdan icazəsiz istifadəyə görə yaranan hər hansı itki ilə bağlı məsuliyyət daşımır.

Xidmətdən istifadə üçün Hesabınızın əsliliyini yoxlamaq məqsədilə Apple İD və parolunuzu daxil etməlisiniz. Qeydiyyatdan keçən zaman və Xidmətdən istifadə edən zaman (“Xidmət Qeydiyyatı Tarixi”) düzgün və tam məlumat təmin etməyə razılıq verirsiniz və Xidmət Qeydiyyatı Məlumatını düzgün və tam saxlamaq üçün onu yeniləməyə razılıq verirsiniz. Düzgün, cari və tam Xidmət Qeydiyyat Məlumatı verə bilmədikdə bu Hesabınızın kəsilməsi və/və ya ona xitam verilməsi ilə nəticələnə bilər. Hesabınızın saxlanması və ödəmə rüsumları zamanı istifadə edilməsi üçün təmin etdiyiniz Xidmət Qeydiyyatı Məlumatının Apple tərəfindən saxlanması və istifadəsinə razılıq verirsiniz.

B. Digər Apple Məhsulları və Xidmətlərinin İstifadəsi

Apple və/və ya onun aksionerləri tərəfindən təmin edilən Xidmətin xüsusi komponent və ya xüsusiyyətləri, o cümlədən əvvəlki satınalmaları yükləyə bilmək qabiliyyəti və iTunes Match və/yaxud iCloud Music Library (əlavə rüsum tətbiq olunur) ayrıca proqram təminatı və ya digər lisenziya müqaviləsi və ya istifadə şərtləri tələb edir. Bu Xidmətin müəyyən komponent və ya xüsusiyyətlərini istifadə etmək üçün belə ayrıca müqavilə bağlamaq məqsədilə onu oxumalı, qəbul etməli və razılaşmalısınız.

C. Ötürmə Qadağandır

Bu Sazişdə heç nə hər hansı marağın, adın və ya Apple İD-də lisenziyasının, e-poçt ünvanının, domen adının, iChat İD-nin, və ya Xidmətlə bağlı istifadə etdiyiniz bənzər mənbənin ötürülməsi kimi başa düşülə bilməz.

D. Vərəsəlik Hüququ Qadağandır

Qanunda nəzərdə tutulmayana kimi, Siz Hesabınızın heç kəsə keçə bilməməsi və Apple İD və ya Hesabınızla bağlı Məzmuna dairı hər hansı hüquqlarınızın vəfatınızla başa çatacağına razılıq verirsiniz. Ölüm haqqında şəhadətnamə ilə Hesabınız dayandırılacaq və Hesabınızdakı Məzmun silinəcək. Ətraflı məlumat üçüb support.apple.com/icloud veb-səhifəsində iCloud Dəstəklə əlaqə saxlayın.

E. Xidmətin Yenidən Satışı Qadağandır

Siz razılaşırsınız ki, Xidməti (və ya onun hər hansı bir hissəsini) yenidən istehsal etməyəcək, köçürməyəcək, nüsxəsini çıxarmayacaq, satmayacaq, yenidən satmayacaq, kirayə verməyəcək və dəyişməyəcəksiniz.

V. Məzmun və onu İdarə etməyiniz

A. Məzmun

“Məzmun” Xidmətin istifadəsi zamanı yaranan və ya qarşıya çıxan, məsələn məlumat faylları, cihazın xarakteristikası, yazılı mətn, proqram təminatı, musiqi, qrafika, fotoşəkillər, şəkillər, səslər, videolar, mesajlar və digər bənzər materiallar kimi hər hansı materiallardır. Siz başa düşürsünüz ki, açıq şəkildə və ya şəxsən göndərilməsindən asılı olmayaraq, Xidmətlə bağlı bütün Məzmun bu Məzmunu yaradan şəxsin müstəsna məsuliyyətindədir. Bu o deməkdir ki, Apple yox, siz Xidmətin istifadəsi zamanı yüklədiyiniz, göndərdiyiniz, e-poçt atdığınız, ötürdüyünüz, yadda saxladığınız hər hansı Məzmuna görə məsuliyyət daşıyırsınız. Siz başa düşürsünüz ki, Xidmətin istifadəsi zamanı təhqiredici, ədəbsiz və ya xoşagəlməz olan Məzmunla qarşılaşa bilərsiniz və başqalarını da onların xoşagəlməz hesab edə biləcəkləri Məzmunu görməyə məruz qoya bilərsiniz. Apple Xidmət vasitəsilə göndərilən Məzmuna nəzarət etmir və eyni zamanda belə Məzmunun düzgünlüyünə, tamlığına və keyfiyyətinə də zəmanət vermir. Siz başa düşürsünüz ki, Xidmətdən və hər hansı Məzmundan istifadəniz yalnız sizin riskinizdir.

B. Sizin İdarə etməyiniz

Siz razılaşırsınız ki, Xidmətdən aşağıdakılar üçün istifadə etməyəcəksiniz:

a. qeyri-qanuni, təhqiredici, təhdidedici, zərərli, ziyanlı, iftiralı, rəzil, alçaldıcı, zorakı, nalayiq, vulqar, başqasının mülkiiyyətinə toxunan, nifrətə layiq, irqi və etnik cəhətdən təhqiredici və ya digər dərəcədə xoşagəlməz Məzmunun yüklənməsi, endirilməsi, göndərilməsi, e-poçtla göndərilməsi, ötürülməsi, yadda saxlanması və digər yolla əldə edilməsi;

b. başqalarını izləmək, narahat etmək, qorxutmaq və ya zərər vermək;

c. əgər siz yetkinlik yaşına çatmış şəxsinizsə, tanımadığınız kiçik yaşlı şəxsdən (18 yaşdan və ya yerli qanuna əsasən azyaşlı hesab etmək üçün digər yaşdan aşağı hər hansı şəxs) aşağıdakılar da daxil olmaqla şəxsi və ya digər məlumatı tələb etmək: tam adı və ya soyadı, ev ünvanı, zip/poçt indeksi, telefon nömrəsi, şəkil və ya azyaşlının məktəbi, kilsə, atletlər klubu və ya dostlarının adları;

d. özünüzü olmadığınız şəxs və ya varlıq kimi qələmə vermək – siz özünüzü başqa şəxs (məşhurlar da daxil olmaqla), varlıq, digər iCloud istifadəçisi, Apple işçisi və ya mülki və ya dövlət lideri kimi qələmə verə və ya təqdim edə bilməzsiniz və ya fiziki və hüquqi şəxslə şəxsiyyət dəyişdirmək (Apple şəxsiyyətinizin başqası tərəfindən təmsili və ya digər şəxsin adı və ya şəxsiyyətinin qeyri-qanuni mənimsənilməsi güman edilən zaman hər hansı Apple İD və ya e-poçt ünvanı ləğv etmə və ya bloka salma hüququna malikdir);

e. müəllif hüquqlarının və ya digər intellektual mülkiiyyətin pozulmasında iştirak (yükləmək hüququnuzun olmadığı hər hansı məzmunu yükləmək də daxildir),və ya məxfilik, əmək və ya aşkarlamama sazişinin pozulması ilə hər hansı ticarət sirrinin və ya məxfiliyin açıqlanması;

f. hər hansı könüllü və ya səlahiyyət verilməmiş e-poçt mesajlarının, elanların, reklam materiallarının, lazımsız poçtlarının, spamların və ya zəncirvari məktubların, ticari reklam və məlumat elanlarının poçtla göndərilməsi, göndərilməsi, ötürülməsi və ya digər yolla mümkün edilməsi;

g. hər hansı TCP-IP paket başlığını və ya başlığın hər hansı hissəsinin məlumatını e-poçtda və ya xəbər qrupu poçtunda saxtalaşdırmaq və ya Xidmətdən göndərilmiş hər hansı Məzmuna alıcıları çaşdırmaq üçün yaradılmış başlıqda məlumat qoymaq (“spufinq”);

h. virusa yoluxmuş hər hansısa materialı və yaxud digər kompyuter kodunu, faylını və ya Xidmətin ( və ya onun hansısa hissəsinin), yaxud da istənilən başqa proqram təminatını və texniki vasitələrin normal fəaliyyət göstərməsini məhdudlaşdırmaq və mane olmaq üçün hazırlanan proqramları yükləmək, ötürmək, elektron poçtla göndərmək, saxlamaq və yaxud əks təqdirdə düzəltmək;

i.xidmətə (internet brauzerləri kimi xidmətə avtomatik yollarla qoşulma üsulları da daxil olmaqla); yaxud xidmətə qoşulmuş hansısa server və ya şəbəkəyə, yaxud da xidmətə qoşulmuş şəbəkələrin hər hansı tələbləri, qayda və qanunlarına (məlumatın icazəsiz olaraq əldə edilməsi, istifadəsi və nəzarət edilməsi də daxil olmaqla) mane olmaq və ya müdaxilə etmək;

j. hər hansısa qeyri-qanuni fəaliyyəti planlaşdırmaq və yaxud onda iştirak etmək; və/yaxud

k. xidmətdən yuxarıdakı hər hansı qadağan olunmuş fəaliyyətlə əlaqədar istifadə edən digər istifadəçilərin şəxsi məlumatlarını toplaymaq və saxlamaq.

C. Məzmunun Silinməsi

Siz təsdiq edirsiniz ki, Apple başqaları tərəfindən təmin edilən istənilən Məzmun üçün məsuliyyət daşımır və ya məsul deyil və belə Məzmun pre–skrin etmək üçün heç bir öhdəliyə malik deyildir. Buna baxmayaraq, Apple məzmunun bu razılaşma ilə uyğunluğunu və müvafiqliyini müəyyən etmək üçün bütün hallarda hüquqları qoruyur. Və əgər belə məzmunun, bu razılaşmanın pozulmaq iqtidarında olması aşkarlanarsa, heç bir əvvəlcədən bildiriş olmadan bu məzmunu köçürə, imtina edə, dəyişə və/yaxud kənarlaşdıra bilər.

D. Məzmununuzun ehtiyat nüsxəsinin çıxarılması

Siz şəxsi kompüterinizi və yaxud digər qurğunu, hər hansısa vacib sənədi, şəkli və yaxud xidmət vasitəsi ilə saxladığınız və ya giriş əldə etdiyiniz Məzmunun ehtiyat nüsxəsinin çıxarılmasına görə məsuliyyət daşıyırsınız. Apple, Xidməti təmin etməkdə ağlabatan ustalıqdan və lazımi qayğıdan istifadə etməlidir, ancaq Apple Xidmətiniz vasitəsi ilə əldə etdiyiniz və yaxud saxladığınız istənilən Məzmunun diqqətsiz zədəyə, pozulmaya və ya itkiyə səbəb olmayacağına zəmanət və ya təminat vermir.

E. Hesabınıza və Məzmununuza Giriş

Apple bu Sazişin hər hansı bir hissəsi ilə uyğunluğu həyata keçirmək və/və ya yoxlamaq üçün vacib və müvafiq olduğuna inandığı addımları atmaq hüququna malikdir. Siz Apple-in qarşınızda heç bir öhdəliyi olmadan Hesab məlumatlarınız və Məzmuna daxil ola, istifadə edə, saxlaya və/və ya hüquq-mühafizə orqanlarına, dövlət rəsmilərinə və/və ya üçüncü tərəfə açıqlaya bildiyini anlayır və buna razılaşırsınız (Apple bunun zəruti və ya müvafiq olduğunu lazım bilərsə, bunu etmək qanunla tələb olunarsa, yaxud Apple bu cür giriş, istifadə, açıqlama və ya saxlamanın aşağıdakılar üçün vacib olduğunu düşünürsə): (a) hüquqi prosesi və ya tələbi yerinə yetirmək; (b) hər hansı potensial pozuntu halının araşdırılması da daxil olmaqla, bu Sazişi həyata keçirmək; (c) təhlükəsizlik, yalançılıq və ya texniki məsələləri aşkar etmək, qarşısını almaq və ya müraciət etmək; və ya (d) Apple-in hüquqlarını, mülkiyyətini və ya təhlükəsizliyini, onun istifadəçilərini, üçüncü tərəfi və ya ictimaiyyəti qanunla tələb olunan və icazə verilən qaydada qorumaq.

F. Müəlliflik Xəbərdarlığı - DMCA

Əgər müəllif hüququna iddia etdiyiniz hər hansı Məzmunun Xidmətdən istifadə edən bir şəxs tərəfindən pozulmasına inanırsınızsa, https://www.apple.com/legal/trademark/claimsofcopyright.html. veb-səhifəsində Müəllif Hüquqi ilə bağlı Qanunumuzda göstərildiyi kimi Apple-in Müəllif Hüququ Agenti ilə əlaqə saxlayın. Apple bu üsulla yenidən pozulmağa məruz qalan istifadəçilərin hesablarını dondura və ləğv edə bilər.

G. Bu Sazişin Pozulması

Əgər siz Xidmətdən istifadə edərkən Məzmunun qeyri-uyğunluğunu aşkar etsəniz və yaxud bu razılaşmanın pozulmasını güman edirsinizsə, bu barədə abuse@iCloud.com ünvanına elektron poçt göndərməklə məlumat verə bilərsiniz .

H. Tərəfinizdən Xidmətdə təqdim olunan və ya Mövcud olan Məzmun

1. Tərəfinizdən Lisenziya. Sizin üçün lisenziyalaşdıra biləcəyimiz material istisna olmaqla, Apple Xidmətə təqdim etdiyiniz və/və ya mümkün etdiyiniz heç bir materiala və Məzmuna görə mülkiyyətini iddia etmir. Buna baxmayaraq, Xidmətin kütlə və ya başqa istifadəçilər üçün mümkün olan ərazilərində (siz belə Məzmunu bölüşməyə razılaşdığınız) belə Məzmunu təqdim etmək və ya yerləşdirməklə, siz Apple-a, sizə heç bir təzminat vermədən və öhdəçilik olmadan, bu cür Məzmunun Xidmətdə təqdim və mümkün olduğu məqsədd üçün istifadə etmək, yaymaq, reproduksiya etmək, dəyişdirmək, uyğunlaşdırmaq, nəşr etmək, tərcümə etmək, ictimaiyyətə açıq təqdim və nümayiş etdirmək üçün qlobal, ödənişsiz, qeyri-eksklüziv lisenziya imtiyazını verirsiniz. Siz razılaşırsınız ki, tərəfinizdən təsdiq olunan və yerləşdirilən istənilən Məzmun sizin yeganə məsuliyyyətinizdir və o, hər hansı bir başqa tərəfin hüquqlarını və ya istənilən qanunu pozmayacaq, qayda pozuntularına və yaxud qanundan kənar davranışlara köməklik etməyəcək və ya həvəsləndirməyəcək, yaxud da ədəbsiz, təhlükəli olmayacaq. Xidmətin kütlə və ya başqa istifadəçilər üçün mümkün olan ərazilərində belə Məzmunu təqdim etmək və ya yerləşdirməklə, siz belə materialın sahibi olduğunuzu və/və ya onu yaymaq üçün bütün zəruri hüquqlara, lisenziyalara və icazəyə malik olduğunuzu göstərirsiniz.

2. Məzmuna Dəyişikliklər. Siz başa düşürsünüz ki, Xidməti təmin etmək və bunun ardınca Məzmunun istifadəsini mümkün etmək üçün Apple müxtəlif ictimai şəbəkələrdən, müxtəlif mediada sizin Məzmununuzu ötürə bilər və kompüterlərin, qoşulma şəbəkələrinin və ya qurğuların texniki tələblərinə uyğun olmaq üçün sizin məzmunu dəyişə və yeniləyə bilər. Siz razılaşırsınız ki, lisenziya burada Apple-a buna bənzər istənilən tədirləri görməyə icazə verir.

3. Əmtəə Nişanı ilə bağlı Məlumat. Apple, Apple loqosu, iCloud, iCloud loqosu və Xidmətlə əlaqədar istifadə olunan digər Apple əmtəə nişanları, xidmət nişanları, qrafika və loqoları Apple Inc. şirkətinin əmtəə nişanları və yaxud ABŞ və digər ölkələrdə qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Apple-in əmtəə nişanlarının siyahısını burada tapa bilərsiniz - https://www.apple.com/legal/trademark/appletmlist.html. Xidmətlə əlaqədar istifadə olunan digər əmtəə nişanları, xidmət markaları, qafiklər və ya loqolar onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər. Yuxarıda qeyd edilən əmtəə nişanlarına dair sizə heç bir hüquq, yaxud lisenziya verilmir və siz razılaşırsınız ki, Xidmət çərçivəsində təmin edilən mülkiyyət bildirişlərini (o cümlədən, əmtəə nişanı və müəllif hüququ bildirişləri) silməyəcək, ixtisara salmayacaq və ya dəyişməyəcəksiniz.

VI. Proqram təminatı

A. Apple-in Mülkiyyət Hüquqları. Siz təsdiq edir və razılaşırsınız ki, Apple və/və ya onun aksionerləri Xidmətlə bağlı olan-qrafiklər, istifadəçi interfeysləri, xidməti tətbiq etmək üçün istifadə olunan proqram təminatı və Xidmətin bir hissəsi kimi sizə təqdim olunan hər hansı bir proqram təminatı və (dünyada mövcud olub-olmamasından və qeydiyyatda olub-olmamasından asılı olmayaraq) onların mövcud olan intellektual mülkiyyət hüquqları da daxil olmaqla, bütün qanuni hüquqa, titula və marağa malikdir. Siz daha sonra razılaşırsınız ki, Xidmət özündə (Proqram təminatı və ya onun istənilən başqa hissəsi daxil olmaqla) müəlliflik hüququ ilə məhdudlaşmayan müvafiq intellektual mülkiyyət və başqa qanunlar ilə qorunan mülkiyyətlə bağlı və məxfi informasiyaları ehtiva edir. Siz Sazişə uyğun olaraq Xidmətin istifadəsi istisna olmaqla heç nədən asılı olmayaraq heç vaxt şirkətin özəl məlumatlarından və ya materiallarından istifadə etməyəcəyinizə razılaşırsınız. Xidmətin heç bir hissəsi, bu şərtlərlə açıq şəkildə icazə verilən hallardan başqa, heç bir formada və ya hər hansı bir yolla reproduksiya edilə bilməz.

B. Apple Lisenziyası. PROQRAM TƏMİNATININ VƏ YA XİDMƏTİN İSTƏNİLƏN HİSSƏSİNİN İSTİFADƏSİ, SAZİŞDƏ XİDMƏTİN İSTİFADƏSİNƏ İCAZƏ VERİLƏN HALLAR İSTİSNA OLMAQLA, CİDDİ QADAĞAN EDİLİR VƏ BAŞQALARININ İNTELLEKTUAL MÜLKİYYƏT HÜQUQLARINI POZUR VƏ MÜƏLLIFLİK HÜQUQLARININ POZULMASI ÜÇÜN MÜMKÜN MALIYYƏ ZƏDƏLƏRİ DAXİL OLMAQLA, SİZİ VƏTƏNDAŞ VƏ CİNAYƏT CƏZALARINA MƏRUZ QOYA BİLƏR.

C. . Public Beta. Apple vaxt-vaxtdan Apple-ı Beta Xüsusiyyətlərinin keyfiyyəti və istifadə rahatlığı ilə bağlı əks əlaqə ilə təmin etmək məqsədilə Public Beta Proqramının bir hissəsi kimi (“Proqram”) Xidmətin yeni və/və ya yenilənmiş xüsusiyyətlərini (“Beta funksiyaları”) təklif etməyi seçə bilər. Siz Proqramda iştirakınızın könüllü olmasını və bunun Apple ilə sizin aranızda heç bir hüquqi əməkdaşlıq, nümayəndəlik və ya iş münasibətləri yaratmadığını və Apple-in sizi hər hansı Beta Xüsusiyyətləri ilə təmin etməyə borclu olmadığını başa düşür və razılaşırsınız. Apple Proqram iştirakçıları üçün onlayn qeydiyyat və ya Xidmət yolu ilə qeydiyyat vasitəsilə belə Beta Xüsusiyyətlərini aktiv edə bilər. Apple-in sizi Proqramda qeydiyyatdan keçirmək və/və ya iştirak üzrə öhdəliyinizi müəyyən etmək üçün Hesabınızdan, cihaz və periferiya qurğularınızdan olan məlumatı toplaya və istifadə edə bildiyini başa düşür və razılaşırsınız. Siz bir dəfə Proqramda qeydiyyatdan keçməklə verilmiş Beta Xüsusiyyətinin əvvəlki qeyri-beta versiyasına geri qaytara bilmədiyinizi anlayırsınız. Belə geri qayıtmanın mümkün olduğu halda, siz Beta Xüsusiyyəti ilə yaradılmış məlumatı əvvəlki qeyri-beta versiyasına qaytara bilməzsiniz. Sizin Beta Xüsusiyyətlərindən istifadəniz və Proqramda iştirakınız bu Sazişlə və Beta Xüsusiyyətlərini ayrılıqda müşayiət edən əlavə lisenziya şərtləri ilə nizamlanır. Beta Xüsusiyyətləri “OLDUĞU KİMİ” və “MÜMKÜN OLDUĞU KİMİ” əsası ilə təmin edilir və bura qoşulmuş cihaz və periferiya qurğularındakı (məhdudiyyətsiz server və kompüterlər də daxil olmaqla) verilənlərin və/və ya məlumatların zədələnməsinə və ya itkisinə səbəb olacaq xəta və yanlışlıqlardan ibarət ola bilər. Hər hansı Proqramda iştirak etməzdən əvvəl Apple sizin cihazınızdakı və periferiya qurğularınızdakı bütün verilənlər və məlumatların ehtiyat nüsxələrini çıxarmanızı dəstəkləyir. Siz aydın şəkildə etiraf edirsiniz ki, Beta Xüsusiyyətlərinin bütün istifadəsi yalnız sizin riskinizdir. MƏHDUDİYYƏTSİZ OLARAQ HƏR HANSI İNTERNETƏ GİRİŞ HAQQI, EHTİYAT NÜSXƏÇIXARMA XƏRCLƏRİ, CİHAZ VƏ PERİFERİYA QURĞULARINIZIN İSTİFADƏSİ ÜÇÜN LAZIM OLAN XƏRCLƏR DƏ DAXİL OLMAQLA, HƏR HANSI PROQRAMDA İŞTİRAKINIZLA BAĞLI BÜTÜN RİSK VƏ XƏRCLƏRİ VƏ HƏR HANSI AVADANLIĞA, PROQRAM TƏMİNATINA, MƏLUMAT VƏ YA VERİLƏNLƏRƏ DƏYƏN ZƏRƏRİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRÜRSÜNÜZ. Apple sizi Beta Xüsusiyyətləri üçün texniki və/və ya digər dəstəklə təmin edə və ya etməyə bilər. Əgər dəstək təmin edilərsə, bu Xidmət üçün olan normal dəstək əhatə dairəsindən əlavə olacaq və yalnız proqram vasitəsilə mümkün olacaq. Siz hər hansı dəstəyi qəbul etmək üçün Apple-in təmin etdiyi hər hansı dəstək qaydalarına və siyasətinə riayət edəcəyinizə razılaşırsınız. Apple istənilən vaxt bildirişlə və ya bildirişsiz Proqramın şərtlərini, qaydalarını və ya siyasətini (Proqramı başa çatdırmaq da daxil olmaqla) dəyişmək hüququna malikdir. Siz qəbul edirsiniz ki, Apple Beta Xüsusiyyətlərinin ticari versiyasını təmin etmək məcburiyyətində deyil və əgər belə ticari versiya mümkün olarsa o, Beta Xüsusiyyətlərində olandan fərqli xüsusiyyət və funksionallıqlara malik olacaq. Proqramın bir hissəsi kimi Apple sizi Beta Xüsusiyyətlərinin istifadəsi ilə bağlı şərhlər, təkliflər və ya digər əks əlaqələr göndərmək imkanı ilə təmin edəcək. Siz razılaşırsınız ki, ayrıca yazılı sazişin olmaması zamanı, Apple sizin hər hansı məqsədlə təmin etdiyiniz əks əlaqəni istifadə etməkdə müstəqil olacaq.

D. İxrac Nəzarəti. Xidmət və Proqram təminatından istifadə, o cümlədən Xidmət vasitəsilə məlumatların, proqram təminatının və ya digər Məzmunun ötürülməsi, poçtla göndərilməsi və ya yüklənməsi Birləşmiş Ştatların və başqa ölkələrin idxal və ixrac qanunlarına tabe ola bilər . Siz tətbiq olunan bütün ixrac və idxal qayda-qanunlarına əməl etməyə razılaşırsınız. Xüsusilə, ancaq məhdudiyyətsiz, Proqram təminatı (a) Birləşmiş Ştatların embarqo qoyduğu ölkələrə və yaxud (b) ABŞ Maliyyə Nazirliyinin Xüsusi Kateqoriyalı Vətəndaşların siyahısında və ya ABŞ Ticarət Nazirliklərinin İnkar olunan Şəxslər Siyahısında olan kəslərə ixrac edilə və ya təkrar ixrac edilə bilməz. Proqram təminatından və xidmətdən istifadə edərək zəmanət verirsiniz ki, siz nə bu ölkələrdən birində yaşayırsınız, nə də həmin siyahılardan birinə aidsiniz. Həmçinin razılaşırsınız ki, siz Birləşmiş Ştatların qanunu ilə qadağan edilən heç bir məqsədlər üçün raketlərin, nüvə, kimyəvi və ya bioloji silahların inkişafı, tərtibatı, istehsalı və ya istehsalatı da daxil olmaqla, Proqram təminatından və ya Xidmətdən istifadə etməyəcəksiniz. Siz daha sonra: (a) Silahların Tənzimlənməsi üzrə Beynəlxalq Daşınmalara şamil edilən və (b) ilkin yazılı hökumət icazəsi olmadan ixrac edilə bilməyən hər hansı bir məlumat və ya proqram təminatını öz Hesabınıza yükləməməyə razılaşırsınız, bura həm də əvvəlcədən icazə əldə etmədən şifrələmə proqram təminatının və mənbə kodlarının müəyyən tipləri də daxildir. Bu zəmanət və öhdəlik bu Sazişin xitamından sonra da davam edəcəkdir.

E. Yeniləmələr. Vaxt keçdikcə, Apple Xidmətlə istifadə olunan proqram təminatını yeniləyə bilər. Xidmətdən istifadənizi davam etdirmək üçün bu yeniləmələr sizin kompyuterinizə və ya cihazınıza avtomatik olaraq yüklənə və quraşdırıla bilər. Bu yeniləmələr özündə səhvlərin düzəldilməsi, xüsusiyyətlərin genişləndirilməsi və ya təkmilləşdirmələri və ya Proqram təminatının tamamilə yeni versiyalarını saxlaya bilər.

VII. Xitam

A. Tərəfinizdən Könüllü Xitam

Siz istədiyiniz vaxt hesabınızı silə və/yaxud Xidmətdən istifadəni dayandıra bilərsiniz. Əgər siz öz cihazınızda iCloud istifadəsini dayandırmaq istəyirsinizsə, cihazınızda Parametrlər bölməsini açıb, iCloud, daha sonra “Çıx” toxunmaqla iCloud-u qeyri-aktiv edə bilərsiniz. Hesabınıza xitam vermək və Apple ID-nizi silmək üçün support.apple.com/contact. veb-səhifəsində Apple Dəstək ilə əlaqə saxlayın. Hesabınıza xitam versəniz və Apple ID-nizi silmək üçün həmin Apple ID ilə digər Apple məhsulları və xidmətlərinə daxil ola bilməyəcəksiniz. Bu əməliyyatı qaytarmaq mümkün olmur. Hesabınıza xitam vermədən öncə ödədiyiniz hər hansı məbləğlər, o cümlədən xitam verdiyiniz müddətdə ödəniş ili üzrə əvvəlcədən ödənilən hər hansı rüsumlar geri qaytarılmır (bu Sazişlə açıq-aydın icazə verilən hallar istisna olmaqla). Hesabınıza xitam verilməsi istənilən toplanan rüsumları və ya xərcləri ödəmək üçün sizi heç bir öhdəlikdən azad etməyəcək.

B. Apple tərəfindən Xitam

Apple, istənilən vaxtda, müəyyən şərtlər daxilində və heç bir öəvvəlcədən xəbərdarlıq olmadan dərhal, Hesabınızın bütün və yaxud müəyyən hissələrinə xitam verə və/yaxud Xidmətdən istifadənizə qadağa qoya bilər. Belə xitama səbəb olan hallara daxildir: (a) Bu Sazişin və yaxud burada istinad edilən və/və ya Xidmətdə elan edilən istənilən başqa qaydaların və ya direktivlərin pozulması; (b) Sizin tərəfinizdən Hesabınızın ləğv edilməsi və yaxud dayandırılması üçün xahiş; (c) hüquq-mühafizə fəaliyyətindən, məhkəmə orqanından və ya başqa hökumət orqanından xahiş və/və ya sifariş; (d) Xidmətdən qanunsuz istifadə etdikdə; (e) gözlənilməz texniki və ya təhlükəsizlik məsələləri və ya problemləri ilə əlaqədar.; (f) fırıldaq və qeyri-qanuni fəaliyyətlərdə sizin iştirakınız; yaxud (g) xidmət ilə əlaqədə ödəməli olduğunuz hansısa məbləği ödəməyəndə, bu şərtlə ki, qeyri-maddi pozuntu halı olduğu təqdirdə, Apple-ə yalnız sizə 30 günlük bildiriş verdikdən və yalnız siz 30 günlük müddətdə pozulmanı həll etmədiyiniz halda, xitam verməyə icazə veriləcək. Bu cür xitam və dayandırmanın hər biri Apple tərəfindən həyata keçirilir və Hesabınıza xitamın verilməsi və yaxud Xidmətə girişinizin məhdudlaşdırılması səbəbi ilə yarana bilən hər hansısa zərərə görə, Apple sizin və ya hansısa üçüncü tərəfin qarşısında məsuliyyət daşımır. Bundan əlavə, (a) əgər sizin Hesabınız bir il ərzində işləməyibsə; yaxud (b) Xidmətdə və ya onun istənilən hissəsində ümumi kəsilmə varsa, Apple sizin Hesabınız ilə əlaqələndirilən ünvana elektron poçt vasitəsilə30 gün əvvəldən bildiriş göndərərək Hesabınıza xitam verə bilər. Xidmətin ümumi kəsilməsi bildirişi, qanuni, normativ və ya dövlət əməliyyatından irəli gələn hallara görə belə etmək, istifadəçinin təhlükəsizliyi, istifadəçinin məxfiliyi və ya texniki bütünlük problemlərini həll etmək, digər istifadəçilərdən xidmət pozuntularından yayınmağa görə; və ya təbii fəlakət, faciəvi hadisə, müharibə və ya Apple-in əsaslı nəzarətindən kənar baş verən oxşar hadisələrə görə əsaslı olmayana qədər burada müəyyən edildiyi kimi təmin ediləcək. Belə xitam olduğu təqdirdə, Apple,sonradan cari ödəmə müddətiniz üçün sizə istənilən ilkin ödənişin proporsional geri ödənişi ilə təmin edəcək. Apple, bu Bölmə VIIE-yə əsasən Xidmətə və ya xidmət şərtlərinə edilən istənilən dəyişikliyə görə qarşınızda öhdəlik daşımır.

C. Xitamın Təsirləri

Hesabınıza xitam verilməsi ilə əlaqədar siz Xidmətə və onun hər hansı bir hissəsinə, o cümlədən Hesabınız, Apple İD-niz, elektron poçt hesabınız və Məzmun da daxil olmaqla hər hansı bir hissəsinə giriş hüququnu itirə bilərsiniz. Bundan əlavə, bir müddət sonra Apple hesabınızda saxlanan və ya onun bir hissəsi olan məlumat və faktları ləğv edəcəkdir. Sizin həmçinin ayrı proqram təminatı lisenziyasına əsasən istifadə edə bildiyiniz Xidmətin hər hansısa fərdi komponentinə də bu lisenziya razılaşmalarına əsasən xitam veriləcək.

VIII. Keçidlər və digər Üçüncü Tərəf Materialları

Xidmətin müəyyən Məzmunu, komponentləri və ya xüsusiyyətləri üçüncü tərəf materialları və/və ya başqa veb-saytlara, resurslara və ya Məzmuna hiperkeçidləri ehtiva edə bilər. Apple belə üçüncü tərəf üzərində heç bir nəzarətə malik ola bilmədiyi üçün, siz təsdiq edirsiniz və razılaşırsınız ki, Apple bu cür tərəflərin və yaxud mənbələrin mümkünlüyü üçün məsuliyyət daşımır və belə saytların və resursların dəqiqliyinə zəmanət vermir və yaxud bu saytlarda və mənbələrdə mövcud olan hər hansı məzmun, reklam, məhsul və ya materiallar üçün məsuliyyət daşımır. Siz daha sonra bu cür saytlar və mənbələrdə mövcud olan məzmun, reklam, məhsul və yaxud materialladan istifadənizlə birbaşa və yaxud dolayısıyla əlaqədar olaraq məruz qaldığınız zərərə görə Apple-in heç bir məsuliyyət daşımadığını təsdiqləyir və buna razılaşırsınız.

IX. ZƏMANƏTLƏRİN HÜQUQİ İMTİNASI; MƏSULİYYƏTİN MƏHDUDİYYƏTİ

BƏZİ YURİSDİKSİYA MÜƏYYƏN ZƏMANƏTLƏRİN İSTİSNASINA İMKAN VERMİR, ELƏCƏ DƏ, BELƏ İSTİSNALAR MÜVAFİQ QANUN İLƏ XÜSUSİLƏ QADAĞAN EDİLİR. AŞAĞIDA TƏYİN EDİLƏN İSTİSNALARIN BƏZİLƏRİ SİZƏ AİD OLMAYA BİLƏR.

APPLE XİDMƏTİ TƏMİN ETMƏKDƏ QƏNAƏTBƏXŞ ÜSULDAN VƏ LAZIMİ QAYĞIDAN İSTİFADƏ EDƏCƏK. AŞAĞIDAKI HÜQUQİ İMTİNALAR BU XÜSUSİ ZƏMANƏTƏ TABEDİR.

APPLE XİDMƏTDƏN İSTİFADƏNİZİN KƏSİLMƏZ VƏ YAXUD SƏHVSİZ OLACAĞINA ZƏMANƏT VERMİR, ZAMİN DURMUR VƏ SİZ RAZILAŞIRSINIZ Kİ, VAXTAŞIRI APPLE BİR MÜDDƏTLİK XİDMƏTİ SİLƏ VƏ YAXUD SAZİŞİN ŞƏRTLƏRİNƏ UYĞUN OLARAQ XİDMƏTİ LƏĞV EDƏ BİLƏR.

SİZ AÇIQ AYDIN BAŞA DÜŞÜRSÜNÜZ Kİ, XİDMƏT “OLDUĞU KİMİ” VƏ “MÜMKÜN ŞƏKİLDƏ” TƏQDİM OLUNUR. APPLE VƏ ONUN FİLİALLARI, NÜMAYƏNDƏLİKLƏRİ, İŞÇİLƏRİ, DİREKTORLARI, ƏMƏKDAŞLARI, AGENTLƏRİ, TƏRƏFDAŞLARI VƏ LİSENZİYAÇILARI KEYFİYYƏTƏ, MÜƏYYƏN MƏQSƏDƏ UYĞUNLUĞA VƏ QAYDA POZULMAMASINA GÖRƏ ZƏMANƏTLƏR DAXİL OLMAQLA, LAKİN BUNUNLA MƏHDUDLAŞMAYARAQ, HEÇ BİR YAZILI, YAXUD ŞİFAHİ ZƏMANƏT VERMİR. XÜSUSƏN DƏ APPLE VƏ ONUN FİLİALLARI, NÜMAYƏNDƏLİKLƏRİ, İŞÇİLƏRİ, DİREKTORLARI, ƏMƏKDAŞLARI, AGENTLƏRİ, TƏRƏFDAŞLARI VƏ LİSENZİYAÇILARI (I) XİDMƏTİN TƏLƏBLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ; (II) XİDMƏTİN VAXTINDA, FASİLƏSİZ, ETİBARLI VƏ SƏHVSİZ TƏMİN EDİLƏCƏYİNƏ; (III) XİDMƏT İSTİFADƏSİ İLƏ ƏLDƏ EDİLƏN MƏLUMATLARIN DƏQİQ VƏ ETİBARLI OLACAĞINA; VƏ (IV) XİDMƏTDƏ BAŞ VERƏN SƏHVLƏR VƏ YA QÜSURLARIN DÜZƏLDİLƏCƏYİNƏ ZƏMANƏT VERMİR.

APPLE XİDMƏTİN İTKİLƏRSİZ, POZUNTUSUZ, VİRUSLARSIZ, MÜDAXİLƏSİZ, KƏSİNTİSİZ VƏ YAXUD DİGƏR TƏHLÜKƏSİZLİK MÜDAXİLƏLƏRİ OMADAN İSTİFADƏSİNƏ ZƏMANƏT VERMİR VƏ APPLE BUNUNLA ƏLAQƏDAR OLAN İSTƏNİLƏN MƏSULİYYƏTI TƏKZİB EDİR.

XİDMƏTDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ ƏLDƏ ETDİYİNİZ VƏ YAXUD YÜKLƏDİYİNİZ HƏR HANSİ BİR MATERİAL ÖZ RİSKİNİZ VƏ EHTİYATINIZLA ƏLDƏ EDİLİ, VƏ BELƏ BİR MATERİALIN YÜKLƏNMƏSİ NƏTİCƏSİNDƏ KOMPÜTERİNİZƏ DƏYƏN ZƏRƏRƏ, YAXUD DA HƏR HANSISA MƏLUMATIN İTMƏSİNƏ GÖRƏ YALNIZ SİZ ÖZÜNÜZ MƏSULİYYƏT DAŞIYIRSINIZ. SİZ DAHA SONRA TƏSDİQ EDİRSİNİZ Kİ, XİDMƏT, ONDAN İSTİFADƏ NƏTİCƏSINDƏ ƏLDƏ EDİLƏN MATERİAL VƏ FAKTLAR ÖLÜMƏ, ŞƏXSİ XƏSARƏTƏ, FİZİKİ VƏ EKOLOJİ ZƏRƏRƏ SƏBƏB OLA BİLƏCƏK MÜHİT VƏ VƏZİYYƏTLƏRDƏ İSTİFADƏ EDİLMƏK ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB VƏ UYĞUN DEYİL.

MƏSULİYYƏTİN MƏHDUDİYYƏTİ

BƏZİ YURİDİKSİYALAR XİDMƏT TƏCHİZATÇILARI TƏRƏFİNDƏN MƏSULİYYƏTİN İSTİSNASINA VƏ YAXUD MƏHDUDİYYƏTİNƏ İMKAN VERMİRLƏR. BELƏ İSTİSNALARIN QÜVVƏDƏ OLAN QANUNLA QADAĞAN EDİLMƏSİ HALLARINDA, AŞAĞIDA VERİLMİŞ BƏZİ İSTİSNALAR SİZƏ ŞAMİL EDİLƏ BİLMƏZ.

APPLE XİDMƏTİ TƏMİN ETMƏKDƏ QƏNAƏTBƏXŞ ÜSULDAN VƏ LAZIMİ QAYĞIDAN İSTİFADƏ EDƏCƏK. AŞAĞIDA GÖSTƏRİLƏN MƏHDUDİYYƏTLƏR (A) APPLE-İN MÜVAFİQ TƏCRÜBƏ VƏ QAYĞIDAN İSTİFADƏ EDƏ BİLMƏMƏSİ; (B) APPLE-İN HƏDSİZ LAQEYDLİYİ, BİLƏRƏKDƏN NALAYİQ HƏRƏKƏTİ VƏ YA SAXTAKARLIĞI; YAXUD (C) ÖLÜM VƏ YA ŞƏXSİ XƏSARƏT NƏTİCƏSİNDƏ YARANAN İTKİLƏRƏ ŞAMİL OLUNMUR.

SİZ AÇIQ-AŞKAR BAŞA DÜŞÜRSÜNÜZ VƏ RAZILAŞIRSINIZ Kİ, APPLE VƏ ONUN FİLİALLARI, SUBSİDİARLAR, ƏMƏKDAŞLAR, DİREKTORLAR , İŞÇİLƏR, AGENTLƏR, PARTNYORLAR VƏ AKSİONERLƏR, İNDİ SADALAYACAĞIMIZ SƏBƏBLƏRLƏ BİRBAŞA, DOLAYI, TƏSADÜFİ, XÜSUSi VƏ ARDICIL YOLLARLA ƏLAQƏLi OLAN ZƏDƏLƏR-GƏLİRLƏRİN, ETIBARIN, MƏLUMATIN, XİDMƏTLƏRİN VƏ ƏMTƏƏLƏRİN ALINMASINA ÇƏKİLƏN XƏRCLƏRİN İTKİSİ VƏ YAXUD DİGƏR QEYRi-MADDİ İTKİLƏR DƏ (HƏTTA ƏGƏR APPLE BU ZƏRƏRLƏRİN MÜMKÜN OLA BİLƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİBSƏ BELƏ) DAXİL OLMAQLA İSTƏNİLƏN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: (I) XİDMƏTİN İSTIFADƏSİ, YAXUD DA İSTİFADƏ EDİLƏ BİLMƏMƏSİ; (II) XİDMƏTDƏ EDİLƏN HƏR HANSISA DƏYİŞİKLİK VƏ YAXUD XİDMƏTİN VƏ YA ONUN HƏR HANSISA HİSSƏSİNİN MÜVƏQQƏTİ VƏ YA DAİMİ DAYANDIRILMASI; (III) İCAZƏSİZ GİRİŞ VƏ YAXUD SİZİN MƏLUMATLARIN DƏYİŞDİRİLMƏSİ; (IV) XİDMƏT VASİTƏSİLƏ MƏLUMATLARIN GÖNDƏRİLMƏSİ, SAXLANMASI VƏ ƏLDƏ EDİLMƏSİNDƏKİ UĞURSUZLUQ VƏ YAXUD ONLARIN SİLİNMƏSI VƏ YA POZULMASI; (V) XİDMƏTDƏ HƏR HANSISA ÜÇÜNCÜ TƏRƏFİN DAVRANIŞI VƏ BƏYANATI; VƏ (VI) XİDMƏTLƏ ƏLAQƏDAR OLAN HƏR HANSI BİR MƏSƏLƏ.

TƏZMİNAT

Siz Apple və onun Filialları, subsidiarlar, əməkdaşlar, direktorlar, işçilər, agentlər, partnyorlar və aksionerlərini, üçüncü tərəfin əsaslı vəkil ödənişi tələbi də daxil olmaqla, indi sadayalacağımız səbəblərlə əlaqədar yarana biləcək bütün şikayət və tələblərdən uzaq tuta biləcəyiniz, qoruyacağınız barədə zəmanət verməyə razılaşırsınız: (a) Xidmət vasitəsi ilə təqdim etdiyimiz, göndərdiyiniz, ötürdüyümüz və ya əlçatan etdiyiniz hər hansısa Məzmun; (b) Sizin Xidmətdən istifadəniz; (c) Bu Sazişin sizin tərəfinizdən pozulması; (d) Apple tərəfindən bu müqavilənin pozulması nəticəsində həyata keçirilən araşdırmanın bir hissəsi olan görülən hər hansı bir tədbir; (e) Sizin digər bir kimsənin hər hansısa bir hüququnu pozmanız. Bu o deməkdir ki, siz Apple və onun Filialları, subsidiarları, əməkdaşlar, diektorlar, işçilər, agentlər, partnyorlar və aksionerlərini razılaşmanın pozulmasını aşkarladıqları təqdirdə həyata keçirdikləri araşdırma nəticəsində Məzmununuzdan hər hansısa məlumatın silinməsi, sizə xəbərdarlıq edilməsi, Xidmətə girişinizə qadağa qoyulmasına görə məhkəməyə verə bilməzsiniz. Bu imtina və kompensasiya şərtləri, bu Saziş ilə təsvir edilən və ya baxılan bütün pozuntulara aid edilir. Bu öhdəlik bu Sazişin və ya sizin Xidmətdən istifadənizin sonuna kimi davam edəcək. Siz təsdiq edirsiniz ki, Hesabınızdan istifadə edərək Xidmətin istifadə olunmasına görə məsuliyyət daşıyırsınız və bu Saziş sizin Hesabınızın bütün və hər hansısa bir istifadəsinə aid edilir. Siz bu Sazişi yerinə yetirməyə və Apple-i Hesabınızdan istifadəyə görə (hətta əgər bu istifadə sizin icazəniz olmadan baş verib) yarana bilən hər hansısa şikayətdən və ya tələbdən müdafiyə edəcəyinizə razılaşırsınız .

X. ÜMUMİ

A. Bildirişlər

Apple Sazişə edilən hər hansı bir dəyişikliklər də daxil olmaqla, Xidmətə dair bildirişlər barədə iCloud e-poçt ünvanınıza (və yaxud hesabınızla əlaqəli olan digər alternativ e-poçt ünvanınıza) iMessage və ya SMS ilə müntəzəm qaydada məktub yollayaraq və yaxud internet səhifəsində və/yaxud Xidmətdə məlumat yerləşdirərək sizi xəbərdar edir.

B. Tənzimləyici Qanun

Növbəti paraqrafda açıq-aydın göstərildiyi kimi, sizin və Apple-ın arasında olan bu Saziş və əlaqələr hüquq normalarının konfliktləri istisna edilməklə Kaliforniya Ştatının qanunları ilə idarə ediləcək. Siz və Apple razılaşırsınız ki, bu Saziş ilə əlaqədar yaranan hər hansısa şikayəti və ya anlaşılmazlığı həll etmək üçün bu barədə Kaliforniyanın Santa Klara qraflığında yerləşən məhkəmələrin şəxsi və xüsusi yurisdiksiyasına müraciət edəcəksiniz. Əgər siz (a) ABŞ vətən
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Texnologiya Oxunub: 1 060 Tarix: 8-03-2018, 20:48
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az