^
U

Ötən il Azərbaycanda hər üç internet istifadəçisindən biri kibertəhlükələrlə üzləşib


“Kaspersky Lab” şirkətinin eskpertləri ötən ilin nəticələrinə əsasən aydınlaşdırıblar ki, 2016-cı ildə azərbaycanlı istifadəçilərin 38%-i internetdə təhlükələrlə üzləşib. Bu göstərici ilə Azərbaycan onlayn təhlükə riski ilə üzləşmiş ölkələrin Top-10 siyahısına daxil olub. Reytinqdə ilk yerlərdə Rusiya, Qazaxıstan, İtaliya, Ukrayna və Braziliya qərarlaşıb.

Lokal təhlükələrə gəldikdə isə il ərzində, zərərli proqram təminatı cihazlara internetdən deyil, flaş kartlar kimi daşıyıcı disklər və ya sərt disklər vasitəsilə 43% istifadəçi üzləşib ki, bu da əslində aşağı göstəricidir. Belə ki, Azərbaycan lokal təhlükələrlə üzləşmiş ölkələrin top 20-nə də daxil olmayıb.
Ötən il Azərbaycanda hər üç internet istifadəçisindən biri kibertəhlükələrlə üzləşib


Ümumilkdə 2016-cı il ərzində istifadəçilər daha çox pul oğurluğu üçün nəzərdə tutulmuş zərərli proqramlarla üzləşiblər. Son 12 ayda “Kaspersky Lab” şirkətinin müdafiə həlləri 3 mln cihazda bu cür proqramların yüklənməsinin qarşısını alıb. Azərbaycanda il ərzində sadəcə 2% istifadəçi zərərli bank proqramları ilə üzləşib. Müqayisə üçün bildirək ki, Rusiya 5%-lik göstərici ilə maliyyə cinayətkarlarından əziyyət çəkən ölkələrin siyahısına liderlik edir.

“Kaspersky Lab” şirkətinin ekspertlərinin fikrincə, bank cinayətkarları tərəfindən hücumların artma səbəbi mobil bankinq istifadəçilərinin sayının artması ilə bağlıdır ki, onlar hesabat ili ərzində kibercinayətkarların aktiv hücumları ilə üzləşiblər. Bununla yanaşı, on ən məşhur bank troyan proqramlarından beşi “Android” bazasında cihazlardan maliyyə məlumatlarını oğurlamaq üçün yaradılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Texnologiya Oxunub: 891 Tarix: 27-01-2017, 12:27
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az