^
U

“Google” yeni əməliyyat sisteminin adını açıqlayıb


“Google” şirkəti yeni əməliyyat sistemi – “Android M”in adını açıqlayıb. Novator.az xəbər verir ki, yeni əməliyyat sistemi “Android 6.0 Marshmallow” adlandırılıb. “Marshmallow” – zefir deməkdir.
Artıq “Google”un Mauntin-Vyudakı qərargahında yeni sistemə həsr olunmuş heykəl ucaldılıb.
Əgər əvvəllər “Android M”in yeni nömrəli versiyası sistemdə əsaslı dəyişikliyə gətirirdisə, indi axtarış nəhəngi sadə yol tutub.
Bundan əvvəl “Android” istehsalı üzrə vitse-prezident Hiroşi Lokhaymer bildirmişdi ki, şirkət öz əməliyyat sistemini hər il yeniləmək prinsipinə keçir, bu da öz növbəsində onun nömrələnmə prinsipinə təsir göstərəcək.
Hələlik “Android 6.0 Marshmallow”nun işə salınacağı vaxt açıqlanmasa da, şirkətin rəsmi saytında yeni sistemin bu ilin payızında buraxılacağı deyilir. Yeni “Android”i ilk olaraq “Nexus” qurğularının sahibləri sınaqdan keçirəcəklər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Texnologiya Oxunub: 437 Tarix: 21-08-2015, 02:17
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az