Вторник
окт 13

"Instagram"da problem yarandı

"Instagram"da problem yarandı


Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

MAY.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidməti bildirib.

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Meksika, İsrail həmçinin, Böyük Britaniya, Fransa və Sinqapurdan olan istifadəçilər şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti (təxminən 37%) xəbər xəttinə baxışda problemlərlə üzləşib, daha 59% istifadəçi xəbər lentinin işləmədiyini bildirib.

Комментарии (0)

Оставить комментарий