Azərbaycanda "TikTok" qadağan edilə bilər - AÇIQLAMA


Azərbaycanda "TikTok" qadağan edilə bilər - AÇIQLAMA


Son günlər sosial şəbəkələrdə intihar halları çoxalıb. Belə ki, "TikTok" sosial şəbəkəsində gənclərin intihar etməsi, silah və narkotik satışı ilə bağlı videolar yayılır. Bir çox ölkələrdə eləcə də ABŞ-da "TikTok" qadağan edilib. Azərbaycanda "TikTok" qadağan edilə bilərmi?

MAY.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, bu gün gənclərin bir çoxu sosial şəbəkə istifadəçisidir:

"Çox təəssüf ki, sosial şəbəkələrin mənfi nəticəsi göz qabağındadır. Xüsusilə də gənclər arasında geniş yayılan "TikTok" sosial şəbəkəsi ilə bağlıdır. Bir zamanlar sadəcə gənclərin əyləncə yeri olan "TikTok" son dövrlər intihara sövq etmə, silah satışı, gənclərin mənfi vərdişlərə yönləndirilməsi kimi çağırışlara da rast gəlinir. Bu da təəssüf ki, çox cəlbedici formada həyata keçirilir. Təcrübəsiz müəyyən gənclərin bir qismi asanlıqla bu tora düşə bilir.
Bu gün bəşəriyyət bunun üzərində düşünür. Azərbaycan da bu barədə ciddi düşünməlidir. Ya bunun xüsusi tənzimlənən proqramını qurub, ağır nəticələrə gətirib çıxaracaq videoların yayımlanmasına qadağa qoyulmalıdır.

"TikTok"un da tamamilə dayandırılması barəsində də düşünmək olar. Bu gün ABŞ kimi ölkə "TikTok"u ümumiyyətlə dayandırmaq barəsində qərar qəbul edib. Eləcə də digər ölkələrdə də bununla bağlı çağırışlar var. Cəmiyyətə və gənclərə zərər vuran məsələ mütləq diqqətdə olmalıdır. Əgər müəyyən qədər tənzimləmək mümkündürsə tədbirlər görülsün. Yox, mümkün deyilsə, fəsadları artırsa "TikTok"un tamamilə dayandırmaq barəsində düşünmək olar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Texnologiya Oxunub: 90 Tarix: 9-09-2020, 17:09
İstifadeci paneli
Youtube səhifemiz