^
U

Ən çox gəlir qazandıran antivirus !


Statistikaya əsasən ən çox gəlir əldə edən antivirus şirkətləri məlum olub


“Gartner” analitikləri 2013-cü ilin nəticəsinə görə kompüter təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş qlobal proqram təminatı bazarının həcmini 19,9 milyard məbləğində qiymətləndiriblər. Ötən illə müqayisədə proqram təminatı bazarının bu seqmenti 4,9% artıb, amma ekspertlər daha yüksək dinamika gözləyirdilər.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər “Symantec” şirkətini ən gəlirli antivirus proqram təminatı istehsalçısı adlandırıblar. 2013-cü ildə ABŞ şirkəti 3,7 milyard dollar məbləğində antivirus proqram təminatı satıb ki, bu da ötən illə müqayisədə 0,3% azdır. Şirkətin bazar payı 18,7% təşkil edib.

“Intel” prosessor nəhənginin dəstəyi ilə işləyən “McAfee” ikinci yerdə qərarlaşıb. Şirkət müxtəlif antivirusların satışından gəlirini illik hesablama üzrə 3.9% artıraraq 1,7 milyard dollara çatdırıb. “McAfee”nin bazar payı 8,7%-ə bərabərdir.

5,7% bazar payı və 1.1 milyard dollar gəlirə malik “IBM” şirkəti ilk üçlükdə qərarlaşıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Texnologiya Oxunub: 961 Tarix: 17-10-2016, 23:06
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az