Пятница
янв 03

"Amazon" əlin tanınması texnologiyasını patentləşdirib

"Amazon" əlin tanınması texnologiyasını patentləşdirib


"Amazon" şirkəti "Amazon Go" "ağıllı" mağazaları üçün əlin tanınması texnologiyasını patentləşdirib.

BiG.AZ ictnews.az-a istinadən bildirir ki, "Amazon" tam avtomatlaşdırılmış "Amazon Go" mağazasını 2018-ci ilin əvvəlində Sietldə istifadəyə verib. Mağazanın əvvəlcə 2017-ci ilin əvvəlində açılması planlaşdırılsa da, texniki səbəblərə görə təxirə salınıb.

Məlumata görə, satıcı və mühafizəçilərin mövcud olmadığı "ağıllı" mağazalarda oğurluq hallarının qarşısının alınması üçün şirkət daha bir texniki vasitənin tətbiqinə qərar verib. Şirkətin patent hüququ aldığı alıcı əlinin tanınması sistemi insanın əlindəki qırışları, eləcə də damar, sümük və yumşaq toxumalar kimi fərdi xüsusiyyətlərini analiz edəcək.

İlk analizdən sonra biometrik məlumatlar şirkətin məlumat bazasına daxil edilir. Onun əsasında sistem alıcının mağazaya növbəti dəfə gəlişi zamanı onu identifikasiya edir.

Yeni sistem potensial alıcıları mağazaya getməmişdən əvvəl mobil əlavəni yükləmək və qeydiyyatdan keçmək zərurətini aradan qaldıracaq.

Комментарии (0)

Оставить комментарий