^
U

İdmançımızdan gözlənilməz açıqlama: “Lap gedib bostanda işləyərəm”


Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran boksçumuz Albert Səlimov maraqlı açıqlamalar verib.

May.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya danışan boksçumuz şok uğursuzluğunu belə izah edib:

"Döyüşüm alınmadı. Özümü finalda görsəm də, fərqli şeylər oldu. Bu mənim günahımdır. Yaxşı döyüşmədim. Daha güclü irlandiyalıya qalib gəldiyim halda, fransıza uduzdum. Bu nəticəyə görə hamıdan üzr istəyirəm. Hər kəsə təşəkkür edirəm və düşünürəm ki, artıq karyeramı bitirməyin vaxtıdır. Dünənki döyüşdən sonra düşündüm ki, getmək lazımdır. Mənim artıq 30 yaşım var. 4 il əvvəl məni dəvət etmişdilər ki, ölkəyə xeyir verim. Bacardığımı etdim. Yaxşı nəticələrim də oldu.

Səlimov haqqında yazılan tənqidlərdən də danışıb: "Məşqçimiz mənə bildirdi ki, internetdə çox yazılır bu barədə. Özüm internetə daxil olmuram, əlavə suallarla özümü yükləmək istəmirəm. Onsuz da çox gərgin vəziyyətdəyəm. Qoy bir az vaxt keçsin, sonra danışarıq. Ancaq bu dəqiqə boks haqqında danışmaq istəmirəm. Boks artıq mənim üçün bitib, başa çatıb. Başım var, əlim var, ayağım var. Lap gedib bostanda da işləyərəm. Kişiyik də, mütləq bir iş taparıq”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: İdmançı, Albert Səlimov, boksçu
Bölmə: İdman Oxunub: 889 Tarix: 15-08-2016, 01:28
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az