^
U

Ronaldunun təcavüz davası ilə bağlı ŞOK İDDİA


"Yuventus"un portuqaliyalı ulduzu Kriştianu Ronaldunun amerikalı model Katrin Mayorqaya 2009-cu ildə Las Veqasda təcavüz etdiyi iddia olunmuşdu. Bir müddət əvvəl aparılan istintaq zamanı yetərli dəlil olmadığı üçün futbolçuya cəza verməmişdi.

MAY.AZ fanat.az-a istinadən xəbər verir ki, İngiltərə mətbuatı olayla bağlı yeni iddialarla çıxış edib. Polis və müstəntiqlərin 100 səhifəlik e-mail yazışmalaranı əldə edən "The Sun" müfəttiş Ceffri Quyerin müstəntiqə yazdığı mesajda "DNT nəticələri gəldi. Ronaldonun DNT-si ilə uyğun gəlir", həmçinin Ronaldonun vəkillərinə "Mayorqa mənə "Dayan" deyə qışqırdı" dediyini iddia edib.

"Associated Press" isə futbolçunun vəkilləri vasitəsi ilə Las Veqas məhkəməsindən ya iddia ərizəsinin ləğv olunmasını, ya da prosesin qapalı keçirilməsini tələb etdiyini yazıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İdman Oxunub: 819 Tarix: 24-10-2019, 13:38
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az