^
U

İki güləşçimiz yarımfinalda



Kənan Heybətov və Cəbrayıl Hacıyev inamlı qələbə ilə EYOF-un yarımfinalına yüksəliblər.
BiG.AZ trend-ə istinadən xəbər verir ki, Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib, Cəbrayıl Hacıyev də ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb.

Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb.

Qeyd edək ki, Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır. Yarışın üçüncü günündə son 7 çəki üzrə mübarizə baş tutur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İdman Oxunub: 1 270 Tarix: 23-07-2019, 14:07
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az