^
U

"Real" dünya çempionunu heyətinə qatır: Danışıqlar başlayır


“Real” İspaniya çempionatının növbəti mövsümünə xüsusi köklənib. Bu mövsümdə heç bir titul gözlənilmir.

Bizimyol.info xəbər verir ki, “Real” “Çelsi”nin lideri Eden Azarı İspaniyaya gətirməkdə israrlıdır.

Amma İngiltərədən başqa futbolçu da gələ bilər. “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın da yayda “Real”a keçməsi mümkündür. “Real”ın baş məşqçisi Zinəddin Zidan Poqbanı öz sərəncamında görmək istəyir.

“The Times” qəzetinin yazdığına görə, Fransa milli komandasının heyətində dünya çempionu olan oyunçu Mançester klubunun rəhbərliyinə yeni komanda ilə danışıqlara başlamaq istəyini bildirib.

Poqba bu mövsün İngiltərə çempionatında çox da sabit oyun göstərə bilməyib. Ondan gözlənilən lider keyfiyyətlərini ortaya qoymağı bacarmayıb. Poqba 32 oyunda 13 qol vurub, 9 uğurlu ötürmə edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İdman Oxunub: 1 043 Tarix: 28-04-2019, 17:26
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az