Arda Turanın transferi reallaşdı - Türkiyəyə gəldi
Türk futbolçu Arda Turan yenidən Türkiyəyə qayıdıb.
BAKU.WS-in məlumatına görə, "Qalatasaray"dan 2011-ci ildə "Atletiko Madrid"ə transfer olan, buradan da 2015-ci ildə "Barselona"ya gedən Arda Turan icarə əsasında "Medipol Başakşehir"ə transfer olub.
"Medipol Başakşehir"in rəhbəri Göksel Gümüşdağ transferin uzun müddətli olacağını bildirib. "Qalatasaray"ın aşağı yaş heyətində futbolu öyrənən Arda Turan Türkiyəni tərk etdikdən 7 il sonra ölkəsinə qayıdıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: İdman Oxunub: 896 Tarix: 14-01-2018, 17:20